Parlamentin boş qalan deputat yerləri... - Hans partiya təkrar seçkiyə hazırlaşır?
15-12-2021 [16:27]
Mərkəzi Seçki Komisiyasının sədri Məzahir Pənahovun Milli Məslidə boş qalan dairələrə yaxın vaxtlarda seçkilərin keçirilməsi ilə bağlı açıqlaması siyasi arenda xeyli canlanma yaradıb.
Sosial şəbəkələrdən və mətbuata açıqlamalardan hiss olunur ki, siyasi partiyaların açıq şəkildə mübarizəsi başlayıb.
Maraqlıdır, Milli Məclisə boş qalan deputat mandatı uğrunda mübarizəyə hansı partiyalar qoşulacaq? Bundan əlavə, Azərbaycanda ana müxalifət hesab olunan Müsavat və Azərbaycan Xalq Cəbhəsi (AXCP) partiyaları bu seçkidə iştirak edəcəkmi?
Mia.az-ın məlumatına görə, "Müsavat" başqanı Arif Hacılı Qaynarinfo-ya açıqlamasında bildirib ki, Milli Məslidə boş qalan dairələrə keçirilən seçkilərdə partiyanın iştirak edib-etməməsi müzakirə olunacaq.
AXCP-in sədr müavini Nurəddin Məmmədlinin sözlərinə görə, bununla bağlı partiyanın hər hansı bir qərarı yoxdur: "Ona görə də mən yalnız öz şəxsi mövqeyimi deyə bilərəm. Əgər məsələ partiyada müzakirə olunacaqsa, indiki şərtlər daxilində istənilən seçkidə iştirakın əleyhinəyəm”.
Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə MSK sədrinin açıqlamasını konkret hesab etmir: "Sonradan onu müxtəlif formalarda təqdim etdilər. Konkret olaraq boş qalan yerlərə seçkilərin keçirilməsi səlahiyyəti Azərbaycan Prezidentinə aiddir. Biz partiya olaraq ümimilikdə parlamentin yenidən fomalaşmasının tərəfdarıyıq. Parlament seçkisindən öncə referendumun keçirilməsi təklifini irəli sürmüşük. Bu seçkilərdən sonra proporsional seçki sisteminin bərpa olunması və növbəti parlament seçkisinin proporsional seçki sistemi, ən azı qarışıq - majoritar və proporsional seçki sistemi əsasında keçirilməsinin tərəfdarıyıq. Bununla bağlı hakimiyyətə yazılı şəkilə təkliflərimizi ünvanlamışıq. O ki qaldı 5 dairə üzrə seçki keçirilməsinə, bu, indiki dönəmdə heç də doğru deyil. Bununla bağlı əgər seçki təyin olunacaqsa, partiyanın mövqeyi olacaq. Yalnız partiyanın qərarından sonra bu məsələyə münasibət bildirmək olar. Ümumlikdə 5-6 yerə seçkinin keçirilməsi ölkədə ciddi bir dəyişikliyə səbəb olmayacaq. Bu baxımdan yalnız boş qalan yerlərə seçki keçirilməsini doğru hesab etmirəm”.
AĞ Partiya sədri Tural Abbaslı Azərbaycanda keçiriləcək seçkilərin heç birinin boykot olunmasının tərəfdarı olmadığını vurğulayıb: "Seçkilərin hansı şərtlər altında keçirilməsinə baxmayaraq, biz o seçkilərdə iştirak edəcəyik. Əgər seçkilər ədalətli keçiriləcəksə, təmsilçilik əldə etməyə çalışacağıq. Yox, seçki saxtalaşdırılacaqsa, prosesdə iştirak edərək həmin saxtakarlığı ifşa etməyin tərəfdarıyıq. İstəlinən halda prosesin iştirakçısı olacağıq. Çünkü prosesin iştirakçısı olmadan onu tənqid etmək obyektiv görünməz. Həm də rəqiblərimizin də istəyi odur ki, biz boykot edək, onlar istədiyi kimi hərəkət etsinlər. AĞ Partiya olaraq boş qalan bütün dairələrdən namizəd irəli sürəcəyik”.
Qeyd edək ki, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası (MSK) 4 dairənin nəticələrini ləğv edib. Belə ki, MSK-nın 13 fevral 2020-ci il tarixində keçirilən iclasında qəbul olunan qərara əsasən:
- Çingiz Qənizadənin lider namizəd olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsində;
- Hadı Rəcəblinin lider namizəd olduğu 74 saylı Lənkəran kənd seçki dairəsində;
- Rauf Arifoğlunun lider namizəd olduğu 35 saylı Xətai üçüncü seçki dairəsində;
- Hüseynbala Mirələmovun lider namizəd olduğu 33 saylı Xətai birinci seçki dairəsində nəticələr ləğv olunub.
Bundan sonra Milli Məclisin üzvü Fəttah Heydərov vəfat edib və beləcə parlamentdə boş qalan deputat yerlərinin sayı 5-ə çatıb.
Avropa Liqası: "Fənərbağça" ilk 8-liyə qalma fürsətini qaçırdı
Türkiyə futbolunda mərc oyunu: daha 103 menecer cəzalandırıldı
Rusiya hərbi təyyarəsi Suriyaya gəldi - Moskva nə etmək istəyir?
Bloger ölkədən qaçdı: "Polis qorxusuyla hər gecə..."
Ukrayna prezidenti Davosda: "Avropa gələcəyi müzakirə etməyi sevir, amma..." - Avropa qorxmamalı, daha cəsaərtli olmalıdır!"
CHP sədri Baxçalıya səsləndi: "Böyüklük elə, raconu kəs!"
Zelenski ABŞ-Rusiya-Ukrayna heyətlərininin görüşəcəyini açıqladı - "Putin niyə mühakimə olunmur?"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qazaxıstan Sülh Şurasına maliyyə haqqı ödəmədən qoşulub
Məşhur YAP-çı parlamentə çağırış etdi: "Bəzi şərəfsizlər..."
Prezident İlham Əliyev Davosdan bu görüntüləri paylaşdı - VİDEO
Prezident və ailə üzvləri Donald Trampla rəsmi görüşdə - FOTOLAR
Rəsmi Moskva: "Fransa ilə münasibətlərin bərpası mümkün görünmür"
Zaxarova: "Rəsmi Tehran bununla dağıdıcı planı pozdu"
Rusiya XİN: "ABŞ-ın Rusiya vətəndaşlarını buraxmaması..."
Kamran Əsədov yenidən hakim qarşısında: Şahidlər nə deyir? - Ekspert barədə polisə növbəti şikayət olunub
Polis əməliyyatı: iki nəfər 46 kq marixuana ilə qandallandı - VİDEO
Şərurlu İsfəndiyarın restoranında kütləvi dava: iş adam və bloger ətrafı kimə hücum çəkib? - FOTOLAR
Qanunsuz mərc reklamı: klub prezidenti aylıq gəlirini açıqladı
Acun Ilıcalının biznes şəriki qandallandı - Hava limanında
Məmməd Alpayın məhkəməsi başlayıb
Ermənistan Sülh Şurasına necə qoşulub? - XİN açıqladı
Prezidentin adından saxta açıqlama yayılıb - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Edin Dzeko "Şalke"yə keçdi - 16 oyunluq müqavilə imzalanıb
"Rəşidsevərlərdən üzr istəyirəm" - Şərif Ağayar
İsrail ordusu Qəzza zolağını bombalayıb
Türkiyə Mərkəzi Bankı faiz və kredit dərəcələriylə bağlı qərar verib - Bir faiz geri çəkildi
ABŞ Kuba ilə bağlı müdhiş plan hazırlayıb - "Ölkə rəhbərliyi ilin sonuna qədər dəyişəcək"
80 yaşlı Misir Mərdanov israrla inkar edirdi, lakin... - Sabiq nazir Ramiz Mehdiyevin arvadının vəzifəsinə "əyləşdi"
Sahil Babayev mərkəz rəhbərini vəzifədən azad etdi - Yeni təyinat
Kamran Əliyev prokurorları topladı - Korrupsiya ilə bağlı əməliyyat müşavirəsi keçirilib
ƏRDOĞANIN OĞLUNA VARİSLİKLƏ BAĞLI SUAL VERİLDİ: "Anam ərəb kökənlidir, evdə..." - VİDEO
SƏHİYYƏ SİSTEMİNDƏ DƏYİŞİKLİK: onkoloji xəstələr özəl klinikalarda da pulsuz müalicə alacaq
Prezident Davosda - İlham Əliyev "Sülh Şurası"na üzvlüklə bağlı sənədi imzaladı - VİDEO, FOTOLAR (Yenilənib)
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
Almaniyada 250 kq bomba aşkarlanıb
İmişlidə ikimərtəbəli ev yanıb
Sabah hava necə olacaq? - PROQNOZ
"Qarabağ"ın cibi yenə pulla doldu