Kamran Əliyev BMT-nin tədbirində: "Erməni mənşəli fiziki və hüquqi şəxslər terrorçu fəaliyyəti məqsədilə 100 milyon dollardan artıq qanunsuz vəsait toplayıblar"
14-12-2021 [17:49]
Dekabrın 13-də Misir Ərəb Respublikasının Şarm-əl-Şeyx şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Assembleyasının 9-cu Sessiyası öz işinə başlayıb.
Mia.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla xəbər verir ki, 192 dövlətin hökumət başçıları, ali dövlət rəsmiləri və 15 nüfuzlu beynəlxalq təşkilatın rəhbər şəxslərinin bir araya gəldiyi tədbirdə sözügedən konvensiyanın üzv ölkələrdə icra vəziyyəti, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər və bu kontekstdə reallaşdırılan islahatlar, eləcə də ortaya çıxan problemlərin həlli yolları müzakirə edilib.
Hibrid formatda keçirilmiş tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi Prokurorluq, Xarici İşlər və İqtisadiyyat nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti əyani, habelə video-konfrans formatında təmsil etmişlər.
Konfransda çıxış edən Kamran Əliyev korrupsiyaya qarşı mübarizədə əldə edilmiş milli təcrübənin spesifik xüsusiyyətlərini müxtəlif aspektlər üzərindən diqqətə çatdıraraq, mövcud siyasi iradəyə uyğun şəkildə ölkəmizdə icra edilmiş instusional və hüquqi yeniliklərdən bəhs etmiş, cinayət-hüquqi icraatlarda əmlak müsadirəsi və vurulmuş ziyanın ödənilməsi mexanizminin təkmilləşdirilməsinə dair nümunələr göstərmiş, bütün bunların balanslı anti-korrupsiya siyasətinin gələcək inkişafı üçün əlverişli zəmin yaratdığını bildirmişdir.
Eyni zamanda, çıxışında zəfərlə nəticələnən haqq mübarizəmizə toxunan nümayəndə heyətinin rəhbəri ötən il işğal altında olan ərazilərimizin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad edilməsi ilə Azərbaycanın qarşısında yeni inkişaf mərhələsinin açıldığını, belə ki, xarici və yerli investorların yeni infrastruktur layihələrinə cəlb edildiyi həmin ərzilərdə şəffaflıq və korrupsiyadan azad mühit kimi komponentlərin tam bərqərar edildiyini vurğulamışdır.
Dekabrın 14-də sessiya çərçivəsində Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə "İanə toplanması fəaliyyətlərinin korrupsiya və digər cinayətkarlıq məqsədləri üçün sui-istifadəsi" adlı xüsusi tədbir baş tutmuşdur. Panel müzakirə formatında hibrid əsasda keçirilən tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və BMT-nin Narkotiklər və Cİnayətkarlıq üzrə İdarəsinin (UNODC) yüksək vəzifəli rəsmisi Tim Steele açılış nitqi ilə çıxış ediblər.
Ölkəmizin korrupsiyaya qarşı mübarizədə növbəti dörd il üçün hazırlanan hədəfli milli fəaliyyət planından danışan Baş prokuror, bu istiqamətdə aparılan preventiv və cəza tədbirləri haqda məlumat vermişdir. Kamran Əliyev korrupsiyaya qarşı mübarizə və onun tərkib hissəsi olan aktivlərin bərpası sahələrində beynəlxalq əməkaşlığın vacibliyini vurğulayaraq, müxtəlif beynəlxalq alətlərin və ikitərəfli qaydada əlaqələrin genişlənməsinin əhəmiyyətini vurğulayıb.
Baş prokuror xüsusilə qeyd etmişdir ki, ölkəmiz ianə toplanması fəaliyyətinin cinayətkarlıq məqsədləri ilə istifadə olunması faktı ilə də üzləşmişdir. Belə ki, 44 günlük Vətən müharibəsi dövründə erməni mənşəli fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycanın suveren ərazilərində terrorçu fəaliyyətin həyata keçirilməsi məqsədilə 100 milyon ABŞ dollardan artıq qanunsuz vəsait toplanmışdır. Bununla bağlı Baş Prokurorluq tərəfindən araşdırmalar aparılaraq müvafiq sübutlar əldə edilib.
Daha sonra tədbir panel müzakirələri ilə davam edib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatı adından çıxış edərək Hərəkat üzvlərinin korrupsiyanın qarşısının alınmasında və korrupsiyaya qarşı mübarizədə BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına verdiyi önəm, korrupsiyanın təhlükəsizlik, davamlı inkişaf və insan hüquqlarının qorunmasına mənfi təsiri, eləcə də innovativ yanaşmalar və texnoloji yeniliklərdən istifadə ilə korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti barədə konfrans iştirakçılarını məlumatlandırmışdır.
İclasda panelist qismində iştirak edən tanınmış beynəlxalq mütəxəssislər, o cümlədən UNODC-nin korrupsiyaya qarşı mübarizə üzrə eksperti Vladimir Kozin, Böyük Britaniyanın Greenacre QHT-sinin həm-təsisçisi Ben Evans, Qeyri-kommersiya hüququ üzrə Avropa Mərkəzinin vitse-prezidenti Natalia Bourjalia və Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Departament direktoru Fuad Əliyev bəzi xeyriyyə fondları və digər qeyri-kommersiya təşkilatları tərəfindən həyata keçirilən ianə toplanması kampaniyalarının korrupsiya və digər cinayətkarlıq məqsədlərinə xidmət etdiyini vurğulamış və bu cür halların qarşısının alınması üçün BMT üzv dövlətlərinə praktiki tövsiyələrin hazırlanmasını təklif etmişlər.
Bu xüsusda, Azərbaycan nümayəndəsi tərəfindən 44 günlük Vətən müharibəsi dövründə xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları tərəfindən humanitar fəaliyyət adı ilə erməni əsilli şəxslərdən toplanan böyük həcmdə vəsaitin korrupsiya və digər cinayətkarlıq məqsədləri üçün sui-istifadə edildiyinə diqqət çəkilib.
Tədbirdə BMT üzv dövlətlərinin, beynəlxalq QHT-lərin, akademik dairələrin və beynəlxalq təşkilatların nümayəndələri fiziki və onlayn əsasda iştirak edərək panelistlərə onları maraqlandıran sualları ünvanlayıblar.
Konfrans öz işini davam etdirir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20 Yanvar faciəsindən 36 il ötür
Astarada zəlzələ olub
Sumqayıtda "alma ovu"na çıxan məmur harada işləyir? - VİDEO
YPG İŞİD-çiləri həbsxanadan buraxdı - Ordu hərəkətləndi
Mehriban Əliyeva: "Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - FOTO
Bolqarıstan prezidenti istefa verdi: "Oliqarxiya hakimiyyətə nəzarəti ələ keçirdi..."
"İcra başçısının müavini utanıb ərizə yazıb işdən çıxıb" - Rayon deputatlarından qalmaqallı videoya reaksiya
Prezident İlham Əliyev İsveçrədə - Görüşlərə Heydər Əliyev də qatılıb + FOTOLAR (Yenilənib)
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi, daha sonra isə... (YENİLƏNB)
Rusiya Ukraynada irəliləyir - Daha iki qəsəbə ələ keçirildi
Ceyhun Bayramovla ABŞ dövlət katibi arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
NORVEÇİN BAŞ NAZİRİ NOBELƏ GÖRƏ KÜSƏN TRAMPA CAVAB VERDİ: "Dəfələrlə sizə dedim..."
İranda internet bərpa olunur - Həftənin sonuna qədər
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət + Cavab (Yenilənib)
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edilib
Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 2 günlük məzənnəni açıqladı
Kabildə gücvlü partlayış olub - Azı 10 nəfər ölüb
“Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi açılıb - Nəsimi Nəbizadə ilə reklam şousu fiaskoya uğrayıb (Yenilənib)
Bakıda oğurluq edən qardaşlar saxlanılıb
İCRA BAŞÇISI DANLANDI - Qalmaqallı video rayon rəhbərinin məzuniyyətdən erkən dönməsinə səbəb oldu (VİDEO)
Əli Əsədov qərar imzalayıb - Tibb işçilərinin maaşları ilə bağlı
Qiyas Sadıqovun partiyaya sədrliyi təsdiqlənib
"Qarabağ" - "Ayntraxt" oyunu: nə qədər bilet satılııb?
Bakıda nəqliyyat hərəkətinə məhdudiyyət qoyulcaq - 20 yanvara görə
Azərbaycan əhalisinin sayı açıqlanıb
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları bəlli oldu - SİYAHI
Çempionlar Liqası: "Qalatasaray" "Atletiko Madrid"lə oyuna hansı oyunçularla çıxacaq?
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
"Burada pis nə var ki?" - Niyaməddin Musayevdən gecə klublarında oxumasına reaksiya
Ombudsman bəyanat verdi - MƏTN
İCRA BAŞÇISININ MÜAVİNİNİN ƏRİ XALQIN İNANCINI TƏHQİR ETDİ - Xanım məmur bu paylaşıma görə istefa verir? (VİDEO)
Bakıda sulu qar yağacaq - Sabahın hava proqnozu
“Yaponiya, Koreya - hamısı Kitaydır” - Meyxanaçı Balaəli + VİDEO
Deputat maaşlarla bağlı dəyişikliyə izahat verdi