Azərbaycan, Gürcüstan və Türkiyə arasında 5 sənəd imzalanıb - SİYAHI

img

14-12-2021 [12:37]


Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu çərçivəsində üç ölkənin biznes və investisiya sahəsində fəaliyyət göstərən müxtəlif qurumları arasında ticari, iqtisadi, eləcə də sənaye sahəsində beş sənəd imzalanıb.

Mia.az xəbər verir ki, ilk imzalanan sənəd Azpromo ilə Gürcüstan Ticarət və Sənaye Palatası arasındakı anlaşma memorandumu olub.

Növbəti sənəd Azərbaycan Ticarət və Sənaye Palatası ilə Gürcüstanın Ticarət və Sənaye Palatası arasında imzalanmış anlaşma memorandumu olub.

Həmçinin əməkdaşlıq memorandumu KOBİA ilə Azərbaycan İş Adamları Birliyi arasında imzalanıb.

Növbəti belə bir sənəd Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə Türkiyənin Metal Sənayeçiləri Sindikasiyasi arasında imzalanıb.

Son olaraq razılaşma memorandumu "Azərşəkər"lə "Avrobays" arasında imzalanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA