Prezidentin köməkçisi Türkiyədə sammitdə: "Ermənistan öz yalanlarının qurbanına çevrilib"
11-12-2021 [14:36]
""Vətən müharibəsi dövründə strateji kommunikasiyanın düzgün aparılması Azərbaycanın qarşısında duran ən vacib məsələlərdən biri idi".
Bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya-"Stratcom 21" sammitinin açılış mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, bu dövr ərzində ermənilərin yenidən Azərbaycana qarşı başlatdığı savaşa baxmayaraq, dünyanın bir çox aparıcı media orqanının qapıları ölkəmiz üçün qapalı qalmağa davam edirdi: "Burada Azərbaycan Prezidenti dünya mediası ilə birbaşa təmas quraraq ölkəmizin apardığı strateji kommunikasiyada ön sırada oldu. 44 günlük savaş dövrü ərzində demək olar ki, hər gün dünyanın 30-dan çox aparıcı televiziya və media agentliklərinə ölkə başçımızın saatlarla davam edən müsahibələri təşkil edildi. Əsgərlərimiz meydanda sərhədi necə yardılarsa, bu da informasiya savaşında sərhədlərin yarılması demək idi. Prezidentimizin sosial media ismarıcları həm informasiyanı dünyaya çatdırır, həm də xalqımızı məlumatlandırdı".
Ermənistanın sonda öz yalanlarının qurbanına çevrildiyini bildirən Prezidentin köməkçisi həqiqətlərin dünyaya çatdırılmasının önəmli olduğunu, bu xüsusda qardaş Türkiyə ilə Azərbaycanın bütün sahələrdə olduğu kimi, informasiya və media sahəsində də çiyin-çiyinə çalışmasını xüsusi vurğulayıb: "Təəssüf ki, Azərbaycan müstəqilliyinin ilk illərindən, hətta strateji kommunikasiyanın nə olduğunu dünyanın bilmədiyi dövrdə strateji kommunikasiya, dezinformasiya və yalan xəbərlərin ölkəmizə qarşı olduğunu gördük"/Report.
Hikmət Hacıyev deyib ki, bu gün müstəqilliyinin 30-cu ilini qeyd edən Azərbaycan ilk günündən informasiya, hibrid və psixoloji savaşlarla üzləşdi: "Xüsusilə Qarabağ müharibəsi əsnasında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti məhz bu əsaslarla, psixoloji və hibrid savaşlarla müşahidə olunub. Dünyanın hələ dezinformasiyanı tam qavramadığı dövrdə Azərbaycan bunlarla üz-üzə qaldı. Biz o zaman - 1990-cı illərin əvvəllərində bu savaşa hazır deyildik. Ona görə də Ermənistan Azərbaycan torpaqlarını günbəgün işğal etdi. Bu işğalın terror, aqressiv separatizm, ayrı-seçkilikə müşahidə olunduğu təqdirdə dünya Azərbaycanı qınayırdı. Ermənistanın Silahlı Qüvvələri tərəfindən insanlarımızın öldürüldüyü təqdirdə guya azərbaycanlıların erməniləri öldürdüyü irəli sürülürdü. Bunun nəticəsində erməni soyqırımı adı altında dünyada təbliğat aparılırdı. Bütün bunların fonunda Azərbaycan öz haqlı savaşını apararaq dünyaya həqiqəti çatdırmağa çalışırdı".
O qeyd edib ki, erməni lobbisinin dünya üzrə Azərbaycana qarşı apardığı bu siyasətin qarşısını yalnız strateji səviyyədə hərbi, diplomatik və informasiya siyasətimizi bir araya gətirərək koordinasiya olunmuş şəkildə siyasət həyata keçirərək ala bilərdik: "Bu proseslər dünyanın susduğu, baş verənləri görmədiyi, duymaq istəmədiyi anda baş verdi. Bu problemlərin fonunda biz uzunvədli yola çıxdıq. Otuzillik işğal dövründə strateji kommunikasiya və strateji rabitə formalaşdıraraq bunu həyata keçirməyə başladıq. Əsas hədəfimiz Azərbaycan tərəfindən həyata keçirilən siyasətin vahid bir mesajla dünyaya çatdırılması idi. Çətinliklərə baxmayaraq, düşünürəm ki, həqiqəti dünyaya çatdırmağa nail olduq. Bu, xüsusilə Azərbaycanın Vətən müharibəsində bir daha özünü doğrultdu".
Prezidentin köməkçisi bildirib ki, Türkiyə tərəfindən təşkil edilən forum böyük əhəmiyyət daşıyır:
"Müasir dünyada strateji kommunikasiyaların, yəni ismarışların əlaqələndirilmiş və ardıcıl şəkildə təqdim olunması böyük önəm kəsb edir. Bu xüsusda Azərbaycanın təcrübəsi konfrans iştirakçılarının nəzərinə çatdırıldı. Xüsusilə Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibə hibrid elementlərlə müşaiyət olunub və dezinformasiya, yalan xəbərlər əsnasında həyata keçirilib. Bu məsələ ötən əsrin 90-cı illərinin əvvəllərinə də aiddir. Azərbaycanın haqlı olmasına baxmayaraq ölkəmizin haqsız duruma salınmasına və bu münaqişə əsnasında yalanların beynəlxalq ictimaiyyətə təqdim olunmasına cəhd edilirdi. Tədbirdə çıxışım zamanı Birinci və İkinci Qarabağ müharibələrini müqayisə edərək, Prezident İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsi zamanı aparılan strateji kommunikasiyanın əhəmiyyətini və metedolojiyasını konfrans iştirakçılarının diqqətinə çatdırdım. Vətən müharibəsi zamanı Prezident İlham Əliyev dünyanın 30-dan artıq media orqanına müsahibə verib. Həmin müsahibələr saatlarla davam edirdi. Eyni zamanda dövlət başçısının Azərbaycan xalqı ilə birbaşa dialoqunun həyata keçirilməsi və televiziyalar vasitəsi ilə cəbhədə baş verən hadisələri xalqa çatdırması, reallıqları təqim etməsi də böyük önəm daşıyırdı. Həmçinin Prezident tərəfindən sosial media hesabları üzərindən aparılan fəaliyyət və bütün ölkəmizdə kommuniyasiyanın vahid mərkəzdən idarə olunaraq əlaqələndirilmiş şəkildə, hər hansı fikir ayırılığına yol vermədən həyata keçirilməsi sahəsində olan təcrübəmizi bölüşdük".
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20 Yanvar faciəsindən 36 il ötür
Astarada zəlzələ olub
Sumqayıtda "alma ovu"na çıxan məmur harada işləyir? - VİDEO
YPG İŞİD-çiləri həbsxanadan buraxdı - Ordu hərəkətləndi
Mehriban Əliyeva: "Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - FOTO
Bolqarıstan prezidenti istefa verdi: "Oliqarxiya hakimiyyətə nəzarəti ələ keçirdi..."
"İcra başçısının müavini utanıb ərizə yazıb işdən çıxıb" - Rayon deputatlarından qalmaqallı videoya reaksiya
Prezident İlham Əliyev İsveçrədə - Görüşlərə Heydər Əliyev də qatılıb + FOTOLAR (Yenilənib)
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi, daha sonra isə... (YENİLƏNB)
Rusiya Ukraynada irəliləyir - Daha iki qəsəbə ələ keçirildi
Ceyhun Bayramovla ABŞ dövlət katibi arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
NORVEÇİN BAŞ NAZİRİ NOBELƏ GÖRƏ KÜSƏN TRAMPA CAVAB VERDİ: "Dəfələrlə sizə dedim..."
İranda internet bərpa olunur - Həftənin sonuna qədər
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət + Cavab (Yenilənib)
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edilib
Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 2 günlük məzənnəni açıqladı
Kabildə gücvlü partlayış olub - Azı 10 nəfər ölüb
“Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi açılıb - Nəsimi Nəbizadə ilə reklam şousu fiaskoya uğrayıb (Yenilənib)
Bakıda oğurluq edən qardaşlar saxlanılıb
İCRA BAŞÇISI DANLANDI - Qalmaqallı video rayon rəhbərinin məzuniyyətdən erkən dönməsinə səbəb oldu (VİDEO)
Əli Əsədov qərar imzalayıb - Tibb işçilərinin maaşları ilə bağlı
Qiyas Sadıqovun partiyaya sədrliyi təsdiqlənib
"Qarabağ" - "Ayntraxt" oyunu: nə qədər bilet satılııb?
Bakıda nəqliyyat hərəkətinə məhdudiyyət qoyulcaq - 20 yanvara görə
Azərbaycan əhalisinin sayı açıqlanıb
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları bəlli oldu - SİYAHI
Çempionlar Liqası: "Qalatasaray" "Atletiko Madrid"lə oyuna hansı oyunçularla çıxacaq?
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
"Burada pis nə var ki?" - Niyaməddin Musayevdən gecə klublarında oxumasına reaksiya
Ombudsman bəyanat verdi - MƏTN
İCRA BAŞÇISININ MÜAVİNİNİN ƏRİ XALQIN İNANCINI TƏHQİR ETDİ - Xanım məmur bu paylaşıma görə istefa verir? (VİDEO)
Bakıda sulu qar yağacaq - Sabahın hava proqnozu
“Yaponiya, Koreya - hamısı Kitaydır” - Meyxanaçı Balaəli + VİDEO
Deputat maaşlarla bağlı dəyişikliyə izahat verdi