Azərbaycanın təhvil verdiyi 10 erməni hərbçidən 5-i saxlanılıb

img

10-12-2021 [09:57]


Ermənistanın hüquq-mühafizə orqanları dekabrın 4-də Azərbaycanın təhvil verdiyi 10 erməni hərbçidən 5-ni saxlayıb.

Mia.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, məlumatı Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan təsdiqləyib.

"Hazırda ağır nəticələrə səbəb olan hərbi xidmət və döyüş növbətçiliyi qaydalarının pozulması faktı üzrə açılmış cinayət işi çərçivəsində 5 hərbçi saxlanılıb", - deyə Tadevosyan bildirib.

Onun sözlərinə görə, hərbçilərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA