Ermənilərin Qarabağ zonasında atıb qaçdığı silahlar tapıldı - FOTO 

img

09-12-2021 [10:48]


İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qiyaslı kəndi ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilmiş hərbi mövqelərdən döyüş sursatı aşkar ediblər.

Polis əməkdaşları 1 əl qumbarası, 1309 ədəd müxtəlif çaplı güllələr götürərək aidiyyəti üzrə təhvil veriblər.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA