Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan XİN başçılarının müavinləri görüşəcək - Moskvada (Yenilənib)

img

09-12-2021 [11:07]


Moskva şəhərində sabah "3+3” formatında keçiriləcək regional platformanın ilk iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Mia.az XİN-ə istinadla xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın təşəbbüsü ilə yaradılmış "3+3” formatında platformanın ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək. Görüşdə Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistanın xarici işlər nazirlərinin müavinləri təmsil olunacaq.

***

“Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi Cənubi Qafqazda daimi sülh və sabitliyin yaradılmasına xidmət edən "3+3" formatındakı regional əməkdaşlıq platformasının ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Azərbaycan, Ermənistan, Rusiya Federasiyası və İranın xarici işlər nazirinin müavini səviyyəsində iştirak edəcəyi iclasda ölkəmizi xarici işlər nazirinin müavini, səfir Sədat Önalın sədrliyi altındakı heyət təmsil edəcək”,


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA