Aparıcı: "Sizin apardığınız verilişi cibimə qatlayıb qoyaram" - VİDEO

img

08-12-2021 [14:21]


"Gərək hər şey televiziyaya çıxa? Kimi dartıb bura gətirirəm? Bu adamlar ağlı başında, huşu yerində olanlardır. Kim adamı məcbur edir? İctimai qınaqdan qorxursunuzsa, vaxtında niyə sahib çıxmırsınız? Sonra deyirlər bu proqramlar nəyə lazımdır".

Bu sözləri aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində deyib. Aparıcı sosial verilişləri tənqid edən həmkarlarına səslənib:

"Lazımdır, bunlar olmasa, ictimailəşməsə, problemə yaxın durmursunuz. Sonra ağzıgöyçək aparıcılar akademik kimi çıxış edirlər. Guya bunlar alim aparıcıdırlar, belə verilişlərə yaxşı baxmırlar. Sizin apardıcığınız verilişləri cibimə qatlayıb qoyaram. Elə veriliş aparmağa nə var?

İnternetdən çıxanı qoy qabağına, səhərdən axşama kimi oxu. Ağıllı danışmağa nə var?

Gücün çatır gəl belə məsələdə savadını, biliyini ortaya qoy. Çıxış yolu axtar. Düşünün ki, belə proqramlar yoxdur. Adam hara çıxsın? Çıxır, ağzının üstündən vurublar ki, ailə məişət problemidir, özün həll et. Buna görə də ictimai qınaq lazımdır". 

Axsam.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı