Tahir Budaqov Türkiyədə: "Ermənistanın sülh müqaviləsini imzalaması qaçılmazdır” - "Bu gün buna qarşı çıxa biləcək heç bir qüvvə yoxdur”

img

07-12-2021 [15:25]


“Bölgədə gedən proseslər geriyə dönə bilməz. Bunu Ermənistan rəhbərliyi də, erməni xalqı da çox yaxşı başa düşür”.

Bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dekabrın 7-də İstanbulda Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuşla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

“Amma biz əminik ki, qısa zaman ərzində Ermənistan və Azərbaycan arasında həm sərhədlərin müəyyənləşdirilməsi, yekun olaraq sülh müqaviləsinin imzalanması qaçılmazdır. Eyni zamanda, üçtərəfli bəyanatdan irəli gələn məsələlərin, o cümlədən Zəngəzur dəhlizinin açılması da reallıqdır. Bu gün buna qarşı çıxa biləcək heç bir qüvvə yoxdur”, - T. Budaqov vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR