Prezidentin köməkçisi sədr, onlar isə... - İlham Əliyev bu şəxslərə yeni vəzifələr verdi (SƏRƏNCAM)

img

04-12-2021 [14:38]


Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) Müşahidə Şurasının (MŞ) tərkibinin təsdiq edilməsi və Natiq Əmirovun Şuranın sədri təyin edilməsi haqqında 6 noyabr 2017-ci il tarixli, ASK-nın MŞ üzvlərinin təyin edilməsi haqqında 10 iyun 2019-cu il tarixli, ASK-nın MŞ üzvlərinin təyin edilməsi haqqında 16 aprel 2020-ci il tarixli sərəncamlarını ləğv edib.

Mia.az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni sərəncamda deyilir ki, MŞ aşağıdakı tərkibi təsdiq edilib:

MŞ-nın sədri Natiq Əmirov – Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

MŞ-nın üzvləri:

İnam Kərimov – kənd təsərrüfatı naziri

Mikayıl Cabbarov – iqtisadiyyat naziri

Samir Şərifov – maliyyə naziri

Xalid Əhədov – Birinci vitse-prezidentinin köməkçisi

Elman Rüstəmov – Azərbaycan Mərkəzi Bankının sədri.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA