Ceyhun Bayramov İƏT-in iclasında: "Atılan addımların qarşılığını Ermənistandan gözləyirik" - FOTO
27-11-2021 [15:52]
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında iştirak edib.
Mia.az XİN-ə istinadla bildirir ki, Türkmənistanın təşkilatda sədrliyi çərçivəsində Aşqabad şəhərində keçirilən iclasda çıxış edən nazir Ceyhun Bayramov, Azərbaycan-İƏT əlaqələri, İƏT məkanında prioritet istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsi və dərinləşdirilməsi, habelə bölgəmizdə mövcud olan cari vəziyyət, münaqişə sonrası mərhələdə Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurmla işləri, İƏT üzvü olan Əfqanıstanla bağlı vəziyyət, eyni zamanda Azərbaycanın Qoşulmama Hərəkatının (QH) sədri qismində qlobal çağırışlara qarşı mübarizə çərçivəsində irəli sürdüyü təşəbbüslər və bu xüsusda görülən işlər barədə danışıb.
Nazir çıxışında aşağıdakı məqamları qeyd edib:
Azərbaycan İƏT ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Gələn il Azərbaycanın təşkilata üzv olmasının 30 illiyi tamam olacaq. Bu müddət ərzində ölkəmiz regionda iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində müxtəlif təşəbbüslərdə konstruktiv şəkildə iştirak edib.
İƏT çərçivəsində islahatlar uğurla həyata keçirilib, lakin bu, davamlı bir proses olmalıdır. "İƏT Baxışı 2025" sənədinin həyata keçirilməsində əldə etdiyimiz irəliləyişin qiymətləndirilməsi önəmlidir və bu bizə gözlənilən nəticələrin əldə olunmasını təmin etmək üçün müvfaiq fəaliyyəti təmin etməyimizə imkan verəcəkdir. Azərbaycan, Türkmənistanın sədrliyi çərçivəsində iqtisadiyyat, nəqliyyat, energetika və səhiyyə sahələrində də daxil olmaqla, bir sıra nazirlərin görüşlərinin, eləcə də sektorlar üzrə regional əməkdaşlığı gücləndirəcək digər yüksək səviyyəli tədbirlərin keçirilməsini alqışlayır, habelə İƏT Katibliyi tərəfindən aparılan hazırlıq və yardım işlərini yüksək qiymətləndirir.
Ticarət, nəqliyyat, enerji sahələrində əməkdaşlıq İƏT-in prioritet sahələridir. Dayanıqlı enerji və regional elektrik enerjisi ticarətini regional enerji gündəliyimizə daxil etmək vacibdir. Azərbaycan, İƏT üzv dövlətlərinin “Təmiz Enerji Mərkəzi”nə ev sahibliyi etmək təklifinə dəstəyini yüksək qiymətləndirir. İƏT regionunda nəqliyyat və bağlılıq layihələrinin inkişafı yüksək önəm kəsb edir. Məlum olduğu kimi, Azərbaycan nəqliyyat infrastrukturunun şaxələndirilməsinə və modernləşdirilməsinə böyük sərmayə qoyub və Avropa ilə Asiya arasında ticarət və logistikanı gücləndirmək üçün bir sıra nəqliyyat infrastrukturu layihələrini təşviq edib.
44 günlük Vətən müharibəsi bölgədə vəziyyəti dəyişib, yeni reallıqlar formalaşdırıb. Azərbaycan, BMT TŞ-nin müvafiq qətnamələri əsasında ərazi bütövlüyünü təmin edib, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz doğma yurdlarında yaşamaq hüququ bərpa edilib. Davamlı sülhə, inkişafa və tərəqqiyə nail olmaq Azərbaycanın gələcəyə baxışının əsasını təşkil edir. Bu mərhələdə üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi çox vacibdir. Azərbaycanın bu istiqamətdə atdığı addımların qarşılığını Ermənistandan gözləyirik.
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına uyğun olaraq, o cümlədən 26 noyabr tarixində üç liderin imzaladığı Bəyanatda da qeyd edildiyi kimi, kommunikasiyaların yenidən canlandırılması, bölgədə dəmir yolu və avtomobil yollarının açılması regionumuzda davamlı sülh və sabitliyə yol açacaq, Ermənistan və Azərbaycan vasitəsilə ticarət və nəqliyyatı, həm bu ölkələrin, həm də tərəfdaşlarımızın xeyrinə əhəmiyyətli dərəcədə artıracaq. Bu mənada ön plana çıxan təşəbbüs Zəngəzur dəhlizidir. O, Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizində daha yaxşı əlaqəni artırmaq üçün potensiala malikdir.
Azərbaycan hökuməti azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlamışdır. İşğaldan azad edilmiş şəhər və qəsəbələrin köçürülməsinin baş planları hazırlanır. Nəhəng nəqliyyat və enerji infrastrukturu layihələri, xüsusilə bir neçə magistral və elektrik şəbəkələrinin, eləcə də üç hava limanının tikintisi həyata keçirilir. 8 ay ərzində biz Füzuli Beynəlxalq Hava Limanını istifadəyə vermişik, digər iki hava limanının tikintisi isə davam edir.
Əfqanıstanda davamlı sülh aktual məqsəd olaraq qalır. Region ölkəsi kimi və bizim Əfqanıstan xalqı ilə mövcud olan sıx tarixi və dini bağlarımıza görə Azərbaycan Əfqanıstandakı vəziyyəti böyük narahatlıqla izləyir. Əfqanıstanda təhlükəsizlik və sabitlik regiondakı ümumi təhlükəsizlik mühiti ilə sıx bağlıdır. Əfqanıstanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı təmin edilməli, onun etnik cəhətdən müxtəlif əhalisinin sülh şəraitində birgə yaşayışını təmin edən siyasi transformasiya üçün lazımi şərait yaradılmalıdır.
Azərbaycan qlobal COVID-19 cavab səylərində fəal iştirakını davam etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatı adından irəli sürdüyü və geniş beynəlxalq səviyyədə tanınma və dəstək qazanmış qlobal təşəbbüsləri, o cümlədən COVID-19-a cavab olaraq QH Əlaqə Qrupunun zirvə toplantısının təşkili, QH üzv dövlətlərin pandemiya ilə mübarizədə əsas humanitar və tibbi ehtiyaclarına dair vahid məlumat bazasının yaradılması, BMT Baş Assambleyasının COVID-19 üzrə Xüsusi Sessiyasının çağırılması, BMT İnsan Hüquqları Şurasının COVID-19 peyvəndlərinə ədalətli, əlverişli, vaxtında və universal şəkildə çıxışı haqqında qətnaməsinin və BMT Baş Assambleyasının Üçüncü Komitəsində COVID-19 peyvəndlərinin ədalətsiz paylanması ilə bağlı qətnamənin qəbul edildiyini vurğulamaq istərdik. Pandemiyadan sonrakı qlobal bərpa ilə bağlı Azərbaycanın gələcək təşəbbüslərinə beynəlxalq ictimaiyyətin razılaşdırılmış dəstəyinə inanırıq.
Türkmənistan sədrliyinə ümumi işimizə verdiyi töhfəyə görə təşəkkür edir, növbəti sədr Özbəkistana bu yolda uğurlar arzulayırıq.
Qeyd edək ki, İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycanın İƏT üzv dövlətlərinin Təmiz Enerji Mərkəzinə ev sahibliyi etmək təklifi dəstəklənib və bu Mərkəzin yaradılmasına dair qərar qəbul edilib.
Avropa Liqası: "Fənərbağça" ilk 8-liyə qalma fürsətini qaçırdı
Türkiyə futbolunda mərc oyunu: daha 103 menecer cəzalandırıldı
Rusiya hərbi təyyarəsi Suriyaya gəldi - Moskva nə etmək istəyir?
Bloger ölkədən qaçdı: "Polis qorxusuyla hər gecə..."
Ukrayna prezidenti Davosda: "Avropa gələcəyi müzakirə etməyi sevir, amma..." - Avropa qorxmamalı, daha cəsaərtli olmalıdır!"
CHP sədri Baxçalıya səsləndi: "Böyüklük elə, raconu kəs!"
Zelenski ABŞ-Rusiya-Ukrayna heyətlərininin görüşəcəyini açıqladı - "Putin niyə mühakimə olunmur?"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qazaxıstan Sülh Şurasına maliyyə haqqı ödəmədən qoşulub
Məşhur YAP-çı parlamentə çağırış etdi: "Bəzi şərəfsizlər..."
Prezident İlham Əliyev Davosdan bu görüntüləri paylaşdı - VİDEO
Prezident və ailə üzvləri Donald Trampla rəsmi görüşdə - FOTOLAR
Rəsmi Moskva: "Fransa ilə münasibətlərin bərpası mümkün görünmür"
Zaxarova: "Rəsmi Tehran bununla dağıdıcı planı pozdu"
Rusiya XİN: "ABŞ-ın Rusiya vətəndaşlarını buraxmaması..."
Kamran Əsədov yenidən hakim qarşısında: Şahidlər nə deyir? - Ekspert barədə polisə növbəti şikayət olunub
Polis əməliyyatı: iki nəfər 46 kq marixuana ilə qandallandı - VİDEO
Şərurlu İsfəndiyarın restoranında kütləvi dava: iş adam və bloger ətrafı kimə hücum çəkib? - FOTOLAR
Qanunsuz mərc reklamı: klub prezidenti aylıq gəlirini açıqladı
Acun Ilıcalının biznes şəriki qandallandı - Hava limanında
Məmməd Alpayın məhkəməsi başlayıb
Ermənistan Sülh Şurasına necə qoşulub? - XİN açıqladı
Prezidentin adından saxta açıqlama yayılıb - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Edin Dzeko "Şalke"yə keçdi - 16 oyunluq müqavilə imzalanıb
"Rəşidsevərlərdən üzr istəyirəm" - Şərif Ağayar
İsrail ordusu Qəzza zolağını bombalayıb
Türkiyə Mərkəzi Bankı faiz və kredit dərəcələriylə bağlı qərar verib - Bir faiz geri çəkildi
ABŞ Kuba ilə bağlı müdhiş plan hazırlayıb - "Ölkə rəhbərliyi ilin sonuna qədər dəyişəcək"
80 yaşlı Misir Mərdanov israrla inkar edirdi, lakin... - Sabiq nazir Ramiz Mehdiyevin arvadının vəzifəsinə "əyləşdi"
Sahil Babayev mərkəz rəhbərini vəzifədən azad etdi - Yeni təyinat
Kamran Əliyev prokurorları topladı - Korrupsiya ilə bağlı əməliyyat müşavirəsi keçirilib
ƏRDOĞANIN OĞLUNA VARİSLİKLƏ BAĞLI SUAL VERİLDİ: "Anam ərəb kökənlidir, evdə..." - VİDEO
SƏHİYYƏ SİSTEMİNDƏ DƏYİŞİKLİK: onkoloji xəstələr özəl klinikalarda da pulsuz müalicə alacaq
Prezident Davosda - İlham Əliyev "Sülh Şurası"na üzvlüklə bağlı sənədi imzaladı - VİDEO, FOTOLAR (Yenilənib)
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
Almaniyada 250 kq bomba aşkarlanıb
İmişlidə ikimərtəbəli ev yanıb
Sabah hava necə olacaq? - PROQNOZ
"Qarabağ"ın cibi yenə pulla doldu