Bu icra başçıları işdən azad edilir-Siyahı

img

25-02-2014 [10:32]


Bir necə rayonun icra başçısı Prezident Admsinstrasiyasına dəvət olunub. Onlara idarə etdikləri rayonlarda gələn silsiləli problemlərlə bağlı xəbərdarlıq olunduğu bildirilir.

Daxil olan məlumata görə Zərdabın icra başcısı Lütvəli Babayev, Saatlı icra başçısı Siracəddin Cabbarov, Şabran icra başçısı Novruz Novruzov, Göyçay icra başçısı Mənsur Məmmədov, Beyləqan icra başçısı Vaqif Abdullayev, Masallırayon icra başçısı Rafil Hüseynov və Astara rayon icra başçısı Qəzənfər Ağayev Prezident Admsinstrasiyasına çağrılıb.

Məlumat verən etibarlı mənbə bildirir ki, bağlı son zamanlar rayon sakinlərinin davamlı olaraq prezident İlham Əliyevə şikayət məktubları göndərməsi ilə əlaqədar olaraq Pirezident Adminstrasiyasında adı çəkilən rayonların icra başçılarına xəbərdarlıq olunub və onlardan hesabat tələb olunub. Belə ki, məlumatda göstərilir ki, icra başçılarının nəzərinə çatdırılıb ki, onların idarə etdikləri rayonlarda sosial problemlərə rəhbərliyin biganəlik nümayiş etdirməsi, sonradan vətəndaşları mətbu orqanlara müraciət etməyə vadar edir.

Prezident Adminstrasiyasına çağırılan icra başçılarının bəziləri idarə etdikləri rayonlara qayıtsalar da, bəziləri Bakıda onlar haqında veriləcək qərarı gözləyirlər.

Bildirilir ki, yaxın günlərdə yuxarıda adı keçən rayonların icra başçıları ilə bərabər başqa rayonların da icra başçılarının yerlərinin dəyişdiriləcəyi ehtimal olunur. Bəzi icra başçılarının isə, onlara göstərilən etimadı doğrulda bilmədikləri səbəbi ilə vəzifədən alıncağı gözlənilir.
azerinfo.org  

Digər xəbərlər
SON XƏBƏRLƏR