XİN başçısı: “Gürcüstan “3+3” əməkdaşlıq təşəbbüsünə alternativ format təklif edir” - “Rusiya ilə geosiyasi layihədə iştirak edə bilmərik"
19-11-2021 [15:18]
“Gürcüstan “3+3” əməkdaşlıq təşəbbüsünə Cənubi Qafqazın üç ölkəsinin cəlb olunacağı alternativ format təklif edir”.
Bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani parlamentdə çıxışında deyib.
XİN başçısının sözlərinə görə, Tbilisi Gürcüstan, Azərbaycan və Ermənistan arasında dialoq meydançası kimi çıxış edə bilər: “Əlbəttə ki, bizim siyasi və ya münaqişə prosesində vasitəçi qismində çıxış etməyimiz üçün ambisiya və resurslarımız mövcud deyil. Bizim regionda gərginliyi azaltmağa kömək edəcək iqtisadi layihələr təklif etməklə, həmçinin uzunmüddətli sülh qurmaqla bağlı ambisiyalarımız var. Gürcüstan Azərbaycan və Türkiyə ilə birgə Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Avropaya enerji resurlarını tədarük edən layihələrdə iştirak edir. Bu, erməni tərəfdaşlarımız üçün də maraq doğura bilər”.
D.Zalkaliani bildirib ki, Cənubi Qafqazın gələcəyi həll olunmalıdır: “Biz bölgə ölkələri ilə konkret iqtisadi, logistika, nəqliyyat layihələri, tranzit, turizm, insanlar arasında münasibətlərlə bağlı müzakirələr aparmaq istəyirik. Geosiyasi məqsəd güdən hipotetik layihələri isə müzakirə etmək istəmirik. Mövqeyimiz çox aydındır və əlavə əsaslandırmalar tələb edir. Baş nazir İrakli Qaribaşvilinin bölgədə sülh təşəbbüsü də bu məqsədə xidmət edir. Bu təşəbbüs Cənubi Qafqazda vəziyyəti sabitləşdirə və yeni əhəmiyyətli infrastruktur layihələri inkişaf etdirməyə imkan verə bilər”.
O qeyd edib ki, “3+3” formatı ilə bağlı Gürcüstanın mövqeyi kifayət qədər aydındır: “Ərazilərimizi işğalda saxlayan ölkənin olduğu geosiyasi layihədə iştirak edə bilmərik. Bu mövqeyimi türkiyəli, azərbaycanlı və erməni həmkarlamrımla görüşlərdə açıq şəkildə ifadə etmişəm”/Report.
Avropa Liqası: "Fənərbağça" ilk 8-liyə qalma fürsətini qaçırdı
Türkiyə futbolunda mərc oyunu: daha 103 menecer cəzalandırıldı
Rusiya hərbi təyyarəsi Suriyaya gəldi - Moskva nə etmək istəyir?
Bloger ölkədən qaçdı: "Polis qorxusuyla hər gecə..."
Ukrayna prezidenti Davosda: "Avropa gələcəyi müzakirə etməyi sevir, amma..." - Avropa qorxmamalı, daha cəsaərtli olmalıdır!"
CHP sədri Baxçalıya səsləndi: "Böyüklük elə, raconu kəs!"
Zelenski ABŞ-Rusiya-Ukrayna heyətlərininin görüşəcəyini açıqladı - "Putin niyə mühakimə olunmur?"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qazaxıstan Sülh Şurasına maliyyə haqqı ödəmədən qoşulub
Məşhur YAP-çı parlamentə çağırış etdi: "Bəzi şərəfsizlər..."
Prezident İlham Əliyev Davosdan bu görüntüləri paylaşdı - VİDEO
Prezident və ailə üzvləri Donald Trampla rəsmi görüşdə - FOTOLAR
Rəsmi Moskva: "Fransa ilə münasibətlərin bərpası mümkün görünmür"
Zaxarova: "Rəsmi Tehran bununla dağıdıcı planı pozdu"
Rusiya XİN: "ABŞ-ın Rusiya vətəndaşlarını buraxmaması..."
Kamran Əsədov yenidən hakim qarşısında: Şahidlər nə deyir? - Ekspert barədə polisə növbəti şikayət olunub
Polis əməliyyatı: iki nəfər 46 kq marixuana ilə qandallandı - VİDEO
Şərurlu İsfəndiyarın restoranında kütləvi dava: iş adam və bloger ətrafı kimə hücum çəkib? - FOTOLAR
Qanunsuz mərc reklamı: klub prezidenti aylıq gəlirini açıqladı
Acun Ilıcalının biznes şəriki qandallandı - Hava limanında
Məmməd Alpayın məhkəməsi başlayıb
Ermənistan Sülh Şurasına necə qoşulub? - XİN açıqladı
Prezidentin adından saxta açıqlama yayılıb - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Edin Dzeko "Şalke"yə keçdi - 16 oyunluq müqavilə imzalanıb
"Rəşidsevərlərdən üzr istəyirəm" - Şərif Ağayar
İsrail ordusu Qəzza zolağını bombalayıb
Türkiyə Mərkəzi Bankı faiz və kredit dərəcələriylə bağlı qərar verib - Bir faiz geri çəkildi
ABŞ Kuba ilə bağlı müdhiş plan hazırlayıb - "Ölkə rəhbərliyi ilin sonuna qədər dəyişəcək"
80 yaşlı Misir Mərdanov israrla inkar edirdi, lakin... - Sabiq nazir Ramiz Mehdiyevin arvadının vəzifəsinə "əyləşdi"
Sahil Babayev mərkəz rəhbərini vəzifədən azad etdi - Yeni təyinat
Kamran Əliyev prokurorları topladı - Korrupsiya ilə bağlı əməliyyat müşavirəsi keçirilib
ƏRDOĞANIN OĞLUNA VARİSLİKLƏ BAĞLI SUAL VERİLDİ: "Anam ərəb kökənlidir, evdə..." - VİDEO
SƏHİYYƏ SİSTEMİNDƏ DƏYİŞİKLİK: onkoloji xəstələr özəl klinikalarda da pulsuz müalicə alacaq
Prezident Davosda - İlham Əliyev "Sülh Şurası"na üzvlüklə bağlı sənədi imzaladı - VİDEO, FOTOLAR (Yenilənib)
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
Almaniyada 250 kq bomba aşkarlanıb
İmişlidə ikimərtəbəli ev yanıb
Sabah hava necə olacaq? - PROQNOZ
"Qarabağ"ın cibi yenə pulla doldu