DİN-dən qazilərin aksiyasına reaksiya: "Heç bir instident qeydə alınmayıb və saxlanılan yoxdur"

img

19-11-2021 [12:41]


Bu gün 26 nəfər sosial təminat problemləri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıb.

Mia.az DİN-ə istinadla bildirir ki, onlara nazirliyin əməkdaşları tərəfindən qəbul olunmaları təklif edilib:

"Həmin şəxslərdən bir qrupu təklifi qəbul edərək qəbula gedib, təklifi qəbul etməyənlər isə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Bu zaman heç bir instident qeydə alınmayıb və saxlanılan yoxdur. Eyni zamanda, qeyd edək ki, həmin şəxslərin müraciətlərinin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılması onların diqqətinə çatdırılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA