23-02-2014 [22:46]
Aylar öncə Ukrayna cəmiyyətinin Avroatlantik strukturlara inteqrasiya yolunu seçəcəyini, Rusiyanın Ukrayna xalqının bu seçimi ilə razılaşmayacağını qeyd etmişdik.
Avropa Birliyinin Vilnüs sammiti ərəfəsində rəsmi Kiyevə təzyiq göstərərək, Ukraynanın Assosiasiya Ra-zılaşmasını imzalamaqdan imtinasına nail olan rəsmi Moskvanın qələbə qazanması təəssüratı yaranmış-dı. Lakin Ukrayna xalqının fədakarlığı Moskvanın bu kiçik qələbəsini puça çıxardı. Nəhayət, prezidentlə müxalifət liderləri arasında əldə olunmuş razılaşma nəticəsində Ukraynada demokratikləşmə prosesi daha da dərinləşmə mərhələsinə qədəm qoydu. Ancaq Moskvanın xalqın seçimi ilə razılaşmayacağını və bütöv Ukraynanı öz nəzarətinə daxil edə bilməyəcəyi halda, onu parçalamağa çalışacağı da hiss olu-nurdu.
Rəsmi Kiyevin Qərbin və ictimaiyyətin təzyiqləri qarşısında uzun müddət davam gətirə bilməyərək Moskva qarşısında götürdüyü öhdəliklərdən geri çəkilməsi Kremlin hərəkətə keçməsi ilə nəticələndi. İndi artıq Ukraynanın federallaşmasına və Krım Muxtar Vilayətinin müstəqilliyinin elan olunmasına çağ-rışlar edilir. Artıq Rusiyayönümlü qüvvələr tərəfindən Xarkovda Cənub-Şərq vilayətlərinin seçkili orqan təmsilçilərinin qurultayı çağrılıb və toplantıda Ukraynanın federellaşması tələb ediləcək. Moskvanın bu niyyətinə nail olub-olmaması isə bir neçə amildən asılıdır.
Birinci amil heç şübhəsiz ki, Qərbin Ukraynanın ərazi bütövlüyünün qorunmasına verəcəyi önəmdən, Rusiyanın hərəkətlərinə cavabından asılıdır.
Əgər Qərb Rusiyanın Moldova, Gürcüstan və Azərbaycanda separatizmi alovlandırmasına, bu respubli-kaların ərazi bütövlüyünün pozulması istiqamətindəki hərəkətlərinə göstərdiyi münasibəti Ukraynada baş verən proseslərdə də sərgiləsə, bu ölkə də separatizmdən əziyyət çəkən postsovet respublikaları-nın taleyini yaşayacaq.
Ancaq çox böyük ehtimalla bu dəfə Qərb fərqli mövqe tutacaq. Bunu söyləməyə əsasımız da var. Çünki Ukraynanın Qərb üçün əhəmiyyəti heç bir postsovet respublikası ilə əvəz oluna bilməz.
Digər tərəfdən, Ukraynanın ərazi bütövlüyünün qorunması və Avroatlantik strukturlara interasiyası Moldovadakı separatizmi də zərərsizləşdirəcək.
Ukraynanın ərazi bütövlüyünün qorunmasının önəmli rolu heç şübhəsiz ki, Ukrayna cəmiyyətindən asılıdır. Ukrayna cəmiyyətindəki dərin parçalanma isə bu məsələdə ölkə vətəndaşlarının vahid mövqedən çıxış edəcəyinə şübhə yaradır. Çünki ötən ilin noyabr ayından başlayan etiraz aksiyaları Ukrayna cəmiyyətindəki dərin parçalanmanı tam çılpaqlığı ilə üzrə çıxardı. Hətta bəzən elə təəssürat yaranır ki, Ukrayna iki ayrı-ayrı cəmiyyətdən ibarətdir. Katolik və öz dilində danışan Qərbi Ukrayna ilə rusdilli və provos-lav Şərqi Ukrayna arasında ciddi fikir ayrılığı var. Şərqi ukraynalılar ölkənin qərbində yaşayanları alman və polşalıların tör-töküntüsü adlandırmaqdan çəkinmədiyi kimi, Qərbi Ukrayna sakinləri də respublikanın şərqində yaşayanları rusların tör-töküntüsü sayırlar. Bu problem Rusiyanın Ukraynadakı casus şəbə-kəsi tərəfindən daha da dərinləşdirilir və ölkənin ictimai fikrini qızışdırırlar. Belə bir vəziyyətdə siyasi eli-tanın, xüsusən də müxalifət liderlərinin apardığı siyasətdən çox şey asılı olacaq. Ukrayna müxalifətinin vahid qüvvə olmaması, partiyalar arasında rəqabətin güclü olması və liderlərin biri-birinə güzəştə get-məməsi vəziyyəti gərginləşdirə bilər.
Ukraynanın bütövlüyünü ən ciddi təhdid edən isə Krım Muxtar Respublikasıdır. Bu respublikada ukray-nalıların əhalinin cəmi 24 faizini təşkil etməsi, onların da bir qisminin faktiki olaraq, ruslaşmış ukraynalılar olması vəziyyəti daha da gərginləşdirir.
Rusiya uzun müddətdir ki, Krımda Abxaziya və Cənubi Osetiya "ssenari"sini həyata keçirir, yerli sakinlərə Rusiya pasportları paylayır. Bu prosesin sonunda Rusiya öz vətəndaşlarının müdafiəsini təmin etmək adı altında gücdən istifadə edə bilər. Sevostopolda Rusiya hərbi donanmasının mövcudluğu isə bu "ssenari"ni daha da gərginləşdirir. Qarşıdakı aylarda bu istiqamətdə vəziyyət daha kritik həddə çata bilər.
Ukraynanın bütövlüyünün təmin olunmasında önəmli rollardan biri də bu ölkənin güc strukturlarının mövqeyindən asılı olacaq. Ordunun rəhbərliyində baş vermiş son dəyişikliklər isə narahatlıq yaradır. ABŞ-ın da Ukrayna silahlı qüvvələrində baş verən dəyişikliklərdən narahatlığını bildirməsi, orduda vəziy-yətin ürəkaçan olmadığını göstərir. Beləliklə, Ukraynanın ərazi bütövlüyünün qorunub saxlanması çox çətin olacaq. Ukraynanın ərazi bütövlüyünü qoruyub saxlamaq mümkün olmasa, bu, bütün postsovet məkanı üçün çox ağır nəticələrə səbəb ola bilər. Yəni, Qərb Ukraynanın ərazi bütövlüyünü təmin edə bilməsə, postsovet məkanı böyük təhlükə ilə üzləşəcək.
Ukraynanın ərazi bütövlüyünü qoruya bilməyən Qərbin Moldova, Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyi də şübhə doğurur. Rusiya Ukraynanın parçalanmasına nail ola bilməsə və se-partçı bölgəni yeni yaratdığı ittifaqa daxil etsə, Moldova, Gürcüstan və Azərbaycanın da separatçı böl-gələrini həmin ittifaqa daxil etməkdən çəkinməyəcək. Ona görə də, postsovet məkanının gələcəyinin Ukraynada baş verən proseslərdən asılı olduğu bir daha təsdiqlənir. Bu, Moskvanın həyata keçirmək istədiyi "ssenari"dir.
Rusiyanın postsovet məkanında yeni imperiya yaratmaq niyyəti ilə barışmayan Qərb, Ukraynada təməli qoyulmuş müsbət prosesləri dərinləşdirə bilsə, vəziyyət tamamilə əks istiqamətə yönələcək. Ukrayna-nın ərazi bütövlüyünün qorunması şərti ilə demokratikləşməsi və Avroatlantik strukturlara inteqrasiyası baş tutsa, bu proses postsovet məkanı üçün Sovet İttifaqının dağılması effektini yarada bilər. Ukrayna-nın ərazi bütövlüyünün qorunub saxlanılması şərti ilə demokratikləşməsi mümkün olsa, postsovet məkanının demokratikləşməsi böyük sürət alacaq. Bundan sonra Gürcüstan və Moldovanın Avroatlantik struktura inteqrasiyası sürətlənəcək.
Ukraynanın ərazi bütövlüyünün qorunub saxlanması, demokratikləşməsi Azərbaycan və Ermənistanda-kı proseslərə də təsir göstərəcək. Rusiya Ukraynanı parçalaya və demokratikləşməsinin qarşısını ala bil-məsə, bunun əvəzini Cənubi Qafqazda çıxmağa çalışacaq. Əgər xatırlayırsınızsa, Ermənistana səfəri za-manı Putin Rusiyanın Cənubi Qafqazı güzəştə getməyəcəyini çox sərt şəkildə bəyan etmişdi. Bu fikirlə-rin sadəcə söz olmadığını da hər kəs bilir. Deməli, Ukraynada proseslər yekunlaşandan sonra ağırlıq mərkəzi Cənubi Qafqaza keçəcək. Bu isə ilk növbədə Azərbaycanda özünü göstərəcək.
Rusiyanın Gürcüstanda bundan sonra həyata keçirəcəyi heç bir hərəkət faktiki olaraq qalmayıb. Gür-cüstan cəmiyyətində Avroatlantik strukturlara inteqrasiya məsələsində vahid mövqe var. Bu ölkənin hakimiyyəti ilə müxalifəti arasında Avroatlatik inteqrasiya məsələsində fikir ayrılığı demək olar ki, yox-dur. Rusiyanın Gürcüstana yeganə təsir vasitəsi separatçı Abxaziya və Cənubi Osetiya bölgələridir. Buna görə də, Rusiyanın Cənubi Qafqazda nə qədər fəallaşmasından və hansısa addımlar atmasından asılı ol-mayaraq, rəsmi Tiflisi siyasi kursundan döndərmək mümkün olmayacaq. Bu səbəbdən də, əminliklə söyləmək olar ki, Cənubi Qafqazda nələrin baş verməsi Gürcüstanın ictimai, siyasi və iqtisadi fəaliyyətinə təsir göstərməyəcək. Çünki son on il ərzində Gürcüstanda həyata keçirilən proseslər ölkədə həqiqi stabilliyin yaranmasına səbəb olub.
Gürcüstandan fərqli olaraq həm Rusiyanın, həm də Qərbin Azərbaycan və Ermənistana təsir imkanları böyükdür. Hər iki respublikada demokratikləşmə prosesinin dərinləşməməsi, cəmiyyətdə ciddi fikir ay-rılıqlarının olması və siyasi qüvvələr arasında münasibətlərin siyasi etika ilə tənzimlənməməsi kənar mü-daxiləni asanlaşdırır. Bu iki respublika arasında isə Rusiya və ya Qərbin təsir imkanları Ermənistanla müqayisədə Azərbaycana daha çoxdur.
Rusiyanın Azərbaycana qarşı təzyiq vasitələrinin ən güclüsü Qarabağın Ermənistanın işğalında olmasıdır. Qarabağ kartı Rusiyanın əlində eyni zamanda Ermənistana qarşı da təzyiq vasitəsidir.
Bundan başqa, Xəzər dənizinin statusu da Rusiyanın əlindəki təsir vasitələrindən biridir. Rusiyada sayı iki milyona yaxın olduğu iddia edilən Azərbaycanlı miqrantlar da Moskvanın Bakıya əsas təsir vasitələrin-dən biridir.
Bu ciddi təsir vasitələrindən başqa Rusiya Azərbaycandakı casus şəbəkəsindən və sosial narazılıqlardan da yararlana bilər. Azərbaycan hakimiyyətinin müxtəlif strukturlarında və güc orqanlarında da Rusiyaya bağlı olduğu ehtimal edilən xeyli sayda məmur var. Bu məmurların ölkənin ictimai-siyasi prosesləri ilə yanaşı, ictimai rəyinə də təsir göstərmək imkanları böyükdür.
Qərb isə Azərbaycan iqtisadiyyatında böyük paya sahibdir və ictimai-siyasi proseslərə təsir etmək imka-nı az deyildir. Azərbaycanın Cənubi Qafqazda əhəmiyyətini nəzərə aldıqda, hər iki güc mərkəzinin - həm Rusiyanın, həm də Qərbin Ukraynadan sonra Azərbaycanı öz təsir dairəsinə salmağa çalışacaqlarını proqnozlaşdırmaq olar. Beləliklə, tam əminliklə söyləmək olar ki, Ukraynada yeni mərhələyə qədəm qoyan proseslər bir neçə aya başa çatacaq və bundan sonra güc mərkəzlərinin təsir zonası uğrunda mübarizəsi Cənubi Qafqazda başlayacaq.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ DEPUTATIN RAMİZ MEHDİYEVƏ ŞOK MƏKTUBU ÜZƏ ÇIXDI: "Hörmətli ağsaqqalım..." - "Bəlkə, özləri yazıb "qol" çəkiblər?" - FOTO (YENİLƏNİB)
Rezidenturaya qəbulun nəticələri açıqlanıb
RUSİYA UKRAYNANI ADDIM-ADDIM ƏLƏ KEÇİRİR: "Xarkov və Donetskdə daha iki yaşayış məntəqəsi nəzarətə götürülüb"
Qəzzada savaşın 213-cü günü: ölənlərin sayı artlb
Hakim: "AMEA-nın vitse-prezidenti bilərəkdən, ya bilməyərəkdən cavab vermədi" - Qalmaqallı məhkəmə (FOTOLAR)
Keçmiş komitə sədri hakim qarşısına çıxarılır - Korrupsiya ittihamı
Türkiyədə ağır qəza: 8 nəfər ölüb, çoxlu sayda yaralı var - FOTOLAR
Ağdərə və Qubadlıda insan qalıqları tapılıb - Prokurorluq araşdırma aparır (Yenilənib)
Joze Mourinyo Türkiyəyə gəlir - İki illik razılaşma əldə olunub
ABŞ səfiri Füzuli və Şuşada - FOTOLAR (YENİLƏNİB)
Putin beşinci dəfə and içəcək
QMİ Məhərrəmlik ayının başlanacağı tarixi açıqladı
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - FOTO (Yenilənib)
Emin Əmrullayev yola saldı: nazir həmkarı özünə müşavir götürdü - Sabiq mətbuat katibi vəzifəyə təyin olunub
Azərbaycanla daha bir ölkə arasında viza tələbi aradan qaldırılıb
Gömrük Komitəsinin sədri özünə daha bir müşavir götürüb
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir - Dəyişiklik
ABŞ-da unikal hadisə: qadın 10 həftə ərzində lotoda iki dəfə 1 milyon dollar qazanıb - "Qənaətlə xərcləyəcəm"
Dövlət xidməti rabitə müəssisələrini "vurdu": “Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - Xəbərdarlıq
Anar Məmmədli ev dustaqlığına buraxılmadı - Məhkəmə iclası
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
İki həftə əvvəl "ərim məni döyür" harayı çəkən müğənni ölüm xəbərindən dərhal sonra dəyişdi: "Andımıza sadiq qaldıq, canım yoldaşım"
İsrail əsgərləri Tulkerim qaçqın düşərgəsini mühasirəyə alıb
SABİQ NAZİRİN OĞLUNUN ADI HALLANAN MƏHKƏMƏ PROSESİ: "90 milyon manat ayrılmışdı..." (Yenilənib)
Qəbul imtahanına qeydiyyat başa çatır
Qubad İbadoğluna elektron qolbaq taxılıb
İnəkdən quş qripinə yoluxan var - "Gözləri qıpqırmızı olub"
Neft Fondu əməkdaşları 3 günlük istirahətə 118 min manat xərcləyəcək
Qohumlarını vəzifəyə yığan sabiq nazir indidə belə danışır: "Qabiliyyəti, bacarığı olanı təyin etmək lazımdır, qohumları yox..." - VİDEO
Partiya sədri: "İstəyirlər ki, Rusiya ilə düşmən olaq" - MÜSAHİBƏ
“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb
Keçmiş baş həkimlə şöbə müdiri yenidən hakim qarşısına çıxarılır
BMT rəsmisi: "Bizim əməkdaşları lüt soyundurublar..."
Nazir prezidenti "narkoman" adlandırdı, sərt cavab gecikmədi: "Get, Baş nazirin arvadının korrupsiyası ilə məşğul ol!"
ZİYANLI VƏRDİŞLƏR (IV YAZI)
Heyətə alınmayan Bonuççidən paylaşım - FOTO
Məşhur müğənni qəza törədib - FOTOLAR
Rusiya MN açıqladı: "Daha bir qəsəbəni ələ keçirdik"
İsrailin müdafiə naziri HƏMAS-ı hədələdi: "Artıq Rəfaha girməkdən başqa yol qalmır.."
ABŞ Qəzzaya havadan yardım atıb - 7 bağlama isə dənizə düşüb