Daha bir şəhidimiz Qubada dəfn olundu - FOTO

img

18-11-2021 [12:18]


Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Orxan Cabbarov dəfn edilib.

Məlumata görə, 1994-cü il təvəllüdlü gizir Cabbarov Orxan Hətəm oğlu Qubanın Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Onuda qeyd edək ki, 27 yaşı bu ilin sentiyabrın 29-da tamam olan Orxan Cabbarov subay idi.

Gizir Orxan Cabbarov Vətən müharibəsi iştirakçısı olub. O, torpaqlarmızın azad olunmasında göstərdiyi sücaətə görə medallarla təltif olunub.

Allah rəhmət etsin!

***

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun giziri Orxan Cabbarov ilə vida mərasimi keçirilir.

Məlumata görə, şəhidin nəşi Qubanın Davidoba kəndində yaşayan ailəsinə təhvil verilib.
Şəhidin doğulub boya-başa çatdığı evdəkeçirilən vida mərasimdə onun yaxınları ilə yanaşı rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, qazilər və şəhidin hərbçi yoldaşları iştirak edir.

Şəhid O.Cabbarov Quba Şəhidlər Xiyabanında dəfn olunacaq/Report.

Allah rəhmət eləsin!

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA