Şəhid Elçin Ağayev dəfn olundu - FOTO

img

17-11-2021 [21:34]


Ötən gün dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, Ağayev Elçin Mərifət oğlu ilə Cəlilabad şəhərindəki evində vida mərasimi keçirilib.

Mia.az xəbər verir ki, mərasimdə şəhidin yaxınları ilə yanaşı, yerli sakinlər, rayon rəhbərliyi və qazilər iştirak edib.

Sonra şəhid Cəlilabad şəhər qəbiristanlığında dəfn edilib.

E.Ağayevin tabutuna bükülmüş Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib. Dəfn zamanı dövlət himni səsləndirilib və fəxri qarovul tərəfindən yaylım atəşi açılıb.

Qeyd edək ki, Elçin Ağayev 2002-ci ildə Cəlilabad rayonunun Soyuqbulaq kəndində anadan olub. O, noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olub.

Allah rəhmət eləsin!

***

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Ağayev Elçinin nəşi ailəsinə təhvil verilib.

Məlumata görə, onun nəşi Cəlilabad şəhərində ailəsinin yaşadığı evə gətirilib.

Şəhid vida mərasimindən sonra Cəlilabad şəhər qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Elçin Ağayev 2002-ci ildə Cəlilabad rayonunun Soyuqbulaq kəndinə doğulub/Report.

Allah rəhmət eləsin!

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA