Elman Rüstəmov MM-də: "Bankları çox şeydə ittiham etmək olar, amma..."

img

16-11-2021 [12:50]


“Hazırda Azərbaycanın bank sektorunda likvidlik normadan 2 dəfə çox – 7 milyard manat civarındadır”.

Mia.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, həmin potensial reallaşdırılmır: “Bu isə ekosistemdəki problemlərin siqnalıdır. Həmin problemlər həll edilməlidir ki, banklar iqtisadiyyatı kreditləşdirə bilsinlər. Bankları çox şeydə ittiham etmək olar, amma onları vəsaitləri əllərində saxlayıb kredit verməməkdə ittiham etmək üçün əsaslı arqument tapmaq çətindir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA