HƏBSDƏ OLAN SABİQ İCRA BAŞÇISI ŞİKAYƏT VERDİ - Etiraz

img

16-11-2021 [11:13]


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilən Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və digər təqsirləndirilən şəxslər barəsində hökmdən apellyasiya şikayəti verilib.

Məlumata görə, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib.

Şikayətə yaxın günlərdə baxılması gözlənilir.

Qeyd edək ki, Hökmə əsasən, sabiq icra başçısı İsmayıl Vəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Digər qərarla Gültəkin Sadıqovaya 6 il 6 ay, Telman Zahidova 8 il 3 ay, Əjdər Kərimovaya 8 il 6 ay, Anar Cəfərova 8 il, Vurğun Əkbərova 9 il, Vüqar Nağıyevə 8 il həbs cəzası verilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA