Zakir Həsənov  Moskvada Müdafiə Nazirləri Şurasının iclasında - FOTO

img

10-11-2021 [17:14]


Rusiyada işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 10-da Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, əvvəlcə MDB iştirakçı-dövlətlərinin müdafiə nazirləri Moskva şəhərindəki Aleksandr bağında Naməlum əsgər abidəsini ziyarət edərək önünə çələng və gül dəstələri qoyublar. Xatirə fotosu çəkdirilib.

Sonra gündəmdə duran məsələlər iclasda müzakirə olunub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR