Şirvan şəhərində 9 Noyabr - Dövlət Bayrağı Günü xüsusi təmtəraqla qeyd olunub - FOTOLAR

img

10-11-2021 [15:48]


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamı ilə 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Mia.az xəbər verir ki, Şirvan şəhərində Azərbaycan xalqının iftixarı olan Dövlət Bayrağı Günü xüsusi təmtəraqla qeyd olunub. Belə ki, ötən ilin sentyabrın 27-də başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələnib. Azərbaycan ordusu 30 ildən sonra işğala son qoyaraq şanlı üçrəngli bayrağımız Qarabağda dalğalandırılıb.

9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü” təşkil edilib. Yürüşdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şura üzvləri, İcra Hakimiyyəti aparatının məsul işçiləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, gənclər, şəhər sakinləri iştirak edib. Yürüşdən öncə şəhərin Heydər Əliyev  Meydanında Ulu Öndərin abidəsi ziyarət edilib, abidə önünə gül-çiçək dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib. “Qarabağ Azərbaycandır!, “Vətən var olsun!”, “Yaşasın Müzəffər Ali Baş Komandan!”, “Yaşasın Azərbaycan ordusu!”, “Şəhidlər ölməz, vətən bölünməz!” şüarları ilə keçirilən yürüş Şəhidlər Xiyabanından Bayraq meydanına qədər davam edib.

Bayraq Meydanında tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

S.Hüseynov adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi Elnur Novruzovun Dövlət Bayraq günü ilə əlaqədar geniş məruzəsi dinlənlib.

Sonra Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bayram günü münasibəti ilə şirvanlıları təbrik edib. Bildirib ki, dövlət bayrağımız bizim milli dəyərimizdir. Elə bir dəyər ki, bizə milli qürur, mənlik, ləyaqət, güc, qüdrət verir. Ərazi bütövlüyümüzün, dünya azərbaycanlılarının mənəvi, mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu, canımız, qanımız olan müqəddəs bayrağımız bu gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində düşmən tapdağından azad olunan qədim yurd yerlərimizdə dalğalanır. Qeyd edib ki, İşğaldan azad edilmiş torpaqlarımızda  şanlı Azərbaycan bayrağının dalğalandırılması qəhrəman hərbçilərimizin Prezident cənab İlham Əliyevə məruzəsi ilə birlikdə xalqımıza sevinc bəxş edib. Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan dövləti artıq öz bayrağının əzəmətli kölgəsi altında Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq və bərpa işlərinə start verib.

Bayraq Günü ilə bağlı öz təbriklərini çatdırmaq üçün söz Şirvan Apellyasiya məhkəməsinin sədri Vəli Abdullayevə verilib. Bildirib ki, müstəqilliyimizin, milli varlığımız və dövlətçiliyimizin rəmzi olan bayrağımız uğrunda canlarını verən, azadlıq, istiqlaliyyət, müstəqillik yolunda fədakarlıq nümayiş etdirən şəhidlərimizin şəhadəti, əməli, niyyəti bizləri bu bayraq altında birliyə, həmrəyliyə, vətənimizin ərazi bütövlüyü, müstəqilliyi və yüksəlişi uğrunda mübarizəyə səsləyir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: "Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra  bədii hissəyə keçid alınıb.

Sadiq Hüseynov adına 1 nömrəli tam orta məktəbin “Günəş” xor birliyi, 2 nömərli tam orta məktəbinin şagirdləri, Şirvan şəhər Mədəniyyət Mərkəzinin əməkdaşı, opera-kamera artisti Azər Həsənov,  Uşaq Musiqi məktəbin şagirdləri tədbir iştirakçıları qarşısında çıxış ediblər.

Sonda Torpaqlarımızın müqəddəsliyi uğrunda canından keçən Şirvan şəhərindən olan 157 şəhidin hər birinin əziz xatirəsinə bir şar səmaya yüksəldilib.

Sonra tədbir iştirakçıları Dövlət Bayrağı Günü münasibəti ilə Şəhidlər Xiyabanında 1-ci və 2-ci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların məzarlarını ziyarət edib.

img img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR