“Keşikçidağ”da “Zəfər günü” yürüşü keçirilib - FOTOLAR

img

07-11-2021 [15:05]


8 noyabr 2021-ci il tarixində Azərbaycan xalqının 30 ildir gözlədiyi böyük qələbə əldə olunub.

Mia.az-a verilən məlumata görə, Vətən müharibəsi 44 gün ərzində birliyini və gücünü nümayiş etdirən Azərbaycan xalqının qələbəsi ilə başa çatıb.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr tarixinin Azərbaycanda “Zəfər Günü” kimi qeyd edilməsi qərara alınıb.

Müharibə qurtardığı günlərdən etibarən "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu “Qarabağda şanlı tarix yazanların yanındayıq” adlı layihə əsasında Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvləri və döyüşdə yaralanan qazilərimizə daima öz mənəvi dəstəyini göstərmişdir. 8 Noyabr-“Zəfər günü” ilə əlaqədar layihələrdən biri də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü, Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda keçirilmişdir. Şəhid ailələrinin, qazilərin, GİKM-nin könüllülərinin və 20-yə qədər NİVA markalı avtomobilin iştirakı ilə 5 noyabr tarixində “Zəfər yürüşü” təşkil olunmuş, bu yürüşdə 10-a yaxın şəhid ailəsi, 20

nəfər qazi, 25-ə yaxın könüllü və 20 nəfər sürücü iştirak etmişdir.Belə ki, yürüş Ağstafa rayon Heydər Əliyev Mərkəzində yürüş iştirakçılarının Ulu Öndər Heydər Əliyevin heykəlini ziyarət etmələri iləbaşlanmış,daha sonra avtomobil karvanının Keşikçidağ mağaralar kompleksinin ərazisinə yürüşü ilə davam etdirilmişdir.

Qoruq ərazisində yerləşən informasiya mərkəzində tədbir işikaçıları qarşılanmış, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilmiş, ailə üzvləri şəhidlər haqqında xatirələrini bölüşmüşlər. Bundan əlavəəslən Şuşadan olan alimimiz tarix üzrə elmlər doktoru İmaş Hacıyevin və qazilərin çıxışları olmuşdur. Daha sonra hər şəhidin xatirəsinə 5 ədəd ağac əkilmiş, 9 metrlik bayrağın ətrafında şəhidlərin şəkillərindən ibarət flashmob keçirilmişdir. Qeyd edək ki, tədbir boyu iştirakçıların təhlükəsiziyinin və sağlamlığının keşiyində durmaq üçün post patrul və səhiyyə əməkdaşları da öz növbələrindədəstəklərini göstərmişlər. Sonda yürüş iştirakçıları üçün samovar çayı süfrəsi təşkil olunmuş vəxatirə şəkli çəkilib.

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR