Azərbaycanda qanunsuz ov edən ərəblər cərimələnib

img

04-11-2021 [12:33]


"Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sarısu Ovçuluq Təsərrüfatında qanunsuz ov edən şəxslər saxlanılıblar".

Bunu Xidmət rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, təqsirkarların 99-SA-024 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz ov alətləri aşkar edilib:

“Araşdırma zamanı qanunsuz ov edənlərin Səudiyyə Ərəbistanı vətəndaşları Aldarwish Omar, Alqadhan Mohammed, Alawjan Saad və Azərbaycan vətəndaşı Adil Zülfüqarov olduğu müəyyən edilib. Faktla bağlı akt, protokol tərtib edilərək təqsirkarlar ümumilikdə 7000 manat məbləğində cərimə olunub”.

Xidmət rəisi xarici ölkə vətəndaşları barəsində qanunamüvafiq tədbir görülməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə məktub hazırlandığını bildirib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR