Keçmiş SSRİ-nin tanınmış ukraynalı aktyoru vəfat edib

img

01-11-2021 [11:29]


Keçmiş SSRİ-nin tanınmış ukraynalı aktyoru Aleksey Kolesnik 71 yaşında vəfat edib.

 TASS xəbər verir ki, bu barədə “Zolotoy Vityaz” (“Qızıl cəngavər”) Beynəlxalq Forumunun mətbuat katibi Vladimir Qolovkin bildirib.

Aktyorun ölüm səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, Ukraynanın xalq artisti Aleksey Kolesnik 1950-ci il martın 28-də Poltava vilayətində anadan olub. İlk dəfə SSRİ-də məşhur olan “Polad necə bərkidi?” serialında epizodik rola çəkilib. Bundan o, sonra “Ovod”, “53-cü ilin soyuq yayı” və başqa filmlərdə rol alıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR