MAŞIN NÖMRƏLƏRİ VƏ MÜHƏRRİK HƏCMİNƏ GÖRƏ RÜSUMLAR: 001, 002, 111, 555, 999 nömrələri neçəyə olacaq? - SİYAHI

img

01-11-2021 [10:45]


Avtomobillərin dövlət qeydiyyat nişanlarında əks olunmuş rəqəmlərlə bağlı dövlət rüsumları müəyyənləşib.

Bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2000, seriyası eyni hərflərdən ibarət olduqda 3000 manat;

100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500, seriyası eyni hərflərdən ibarət olduqda 200;

111,222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1000, seriyası eyni hərflərdən ibarət olduqda 1500 manat dövlət rüsumu tutulacaq.

***

Minik avtomobilinin mühərrikinin həcminə görə dövlət rüsumları müəyyənləşib.

Məlumata görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə minik avtomobilinin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda - mühərrikinin həcminin hər kubsantimetrinə görə 0,05 manat;

3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikinin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrinə 0,1 manat;

4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikinin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,2 manat dövlət rüsumu tutulacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR