Ukraynada əsl müharibə gedir; ölü sayı 9-a çatdı - (Yenilənib, Canlı)

img

18-02-2014 [22:51]


Kiyevdə baş verən qarşıdurmalarda ölənlərin sayı 9 nəfərə çatıb. Ölənlərin 2-ci milis, 7-si də mülki şəxsdir.

Ukrayna daxili işlər nazirliyindən verilən məlumata görə, 1 nəfər Regionlar partiyasının ofisində tüstüdən boğulub, 3 nəfər Zabitlər Evinin qarşısında həlak olub, 1 nəfər aldığı güllə yarasından sonra təcili yardım maşınında dünyasını dəyişib, 2 nəfər ürək tutmasından ölüb.

2 milis əməkdaşının da qarşıdurmalar zamanı öldüyü deyilir.

* * * 20:57

Virtualaz.org saytı UNİAN-a istinadən bildirir ki, Ukraynada küçə döyüşləri getdikcə qəzəşır, yeni itkilər var. Bu gün daha iki nəfərin ölməsi xəbəri gəlib. Bununla da ölənlərin sayı 5-ə çatıb. Son məlumatlarda o da deyilir ki, yaralıların da sayı durmadan artır.

* * * 18:59

"Kiyevdə mitinqçilər ofisləri darmadağın edir, tüstü şaşkaları atır və asayiş keşikçilərinə odlu silahdan atəş açırlar”.

Bu informasiyanı Ukrayna Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının mətbuat xidmətinin rəisi Viktoriya Kuşnir yayıb. Onun sözlərinə görə, Kiyevdə iğtişaş iştirakçıları şəhərin mərkəzində yerləşən ofislərin pəncərələrinə tüstü şaşkaları atırlar. İnsanlar özlərini eyvanlardan tullayırlar.

O, əlavə edib ki, daxili qoşunların döyüşçüləri yıxılıb əzilən insanlara kömək edirlər.

Ultra-radikallar Ukrayna Regionlar Partiyasının Lipskaya küçəsindəki ofisinə içində "Molotov kokteyli” olan butulka atıblar. Nəticədə yanğın baş verib.

DİN-dən isə bildiriblər ki, mitinqçilər asayiş keşikçilərinə odlu silahdan atəş açmışlar.

Alınan son məlumata görə, etirazçılar Kiyev şəhər admistrasiyasının binasını ələ keçirib. Hazırda onlar binanın yaxınlığında baş vermiş yanğını söndürməyə çalışırlar.

"Batkıvşina"dan olan xalq deputatı Lesya Orobets mitinqçilər arasından artıq 3 nəfərin öldüyünü deyib.

Virtualaz.orgsaytı UNİAN-a istinadən xəbər verir ki, deputat bu barədə facebook şəbəkəsində də yazıb. Digər fəal Olqa Boqomolets isə yazıb ki, ölənlərin hamısı güllə yarasından keçinib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA