Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
28-10-2021 [00:03]
Qoç - Nə qədər qətiyyətli və sürətli olsanız, o qədər böyük uğurlara nail ola bilərsiniz. Günün ilk yarısında əsla vaxt itirməyin. İşgüzar görüşlər, mühüm toplantı və müzakirələri günortaya qədər reallaşdırın. Uzunmüddətli plan hazırlamaq olar. Yaranmış situasiyanı və ətrafınızdakı insanların məramlarını dürüst qiymətləndirin. İmkanlarınızı olduğundan artıq saymayın. Münasibətlərlə təmaslarda münaqişələrə yol verməyin.
Maliyyə məsələlərini qaydaya salın, köhnə borcları qaytarın. Yalnız bundan sonra alış-veriş etmək olar. Sizə gərək olan, ehtiyac duyduğunuz nəsnəni alın.
Axşam saatları səyahət, səfər və ya köç, habelə ailəvi istirahətlə bağlı məsələlərin çözülməsi üçün yaxşıdır.
Buğa - Ünsiyyət üçün yaxşı gündür. İşgüzar və şəxsi məsələlərlə bağlı danışıqlar pis nəticə verməyəcək.
Düşündüyünüzü söyləməyin. Ətrafınızdakı insanlar bunu istəsələr də, hisslərin əsiri olmayın. Karyera inkişafı, işdə irəliləyişlə bağlı məsələləri rəhbərliklə müzakirə etmək olar.
Tanımadığınız insanların olduğu yerdə sayıq davranın.
Enerjili olun, rəqibləri üstələyərək məqsədinizə daha tez çatmaq üçün ən kiçik şansdan da yararlanın.
Sizdən yardım istəyən insanların sözlərini qulaqardına vurmayın.
Əkizlər - Enerji qıtlığı olmayacaq. Səylərinizi və qüvvənizi gərəkli məcraya yönəldin. Gün məhsuldar olacaq. Bir çox məsələlərin öhdəsindən gələ biləcəksiniz. Ətrafınızdakı insanların bacara bilmədikləri işi başa vurun.
Anlaşma, sövdələşmə, uzunmüddətli tərəfdaşlıq və ya əməkdaşlığın əsaslarının qoyulması, yeni iş və sifariş üçün pis gün deyil.
Günün ikinci yarısında ünsiyyətlərlə təmaslar istədiyinizdən də artıq olacaq. Görüş və söhbətlər sizi usandıra bilər.
Sizi bol təriflərə "qonaq" edəcəklər.
Yeni ixtisas, bacarıq və ya təmrinlərin əxz edilməsi üçün əlverişli zamandır.
Xərçəng - Asan gün deyil. Yaranan çətinliklər sizi təlaşlandırmasın. Problemlərin öhdəsindən gələ bilərsiniz. Nə istədiyinizi dəqiq bilin, əsas məsələni ikinci dərəcəli məqamdan ayırın. Ola bilər ki, bəxtiniz gətirsin.
Başqalarının uğursuzluğa düçar olub bədbinliyə qapıldığı müstəvidə sizi nailiyyət gözləyir.
Romantik münasibətlər üçün yaxşı gündür. Yaşamı sizinlə bölüşəcək insanla qarşılaşa bilərsiniz. Ətrafınızdakı şəxslər adi günlərdən fərqli olaraq bu gün daha intensiv şəkildə işlərinizə və yaşamınıza müdaxilə etmək istəyirlər. Qıcıqlanmayın, güzəştə gedin.
Yardımları minnətdarlıqla qəbul edin.
Şir - Məhsuldar gündür. Çətin məsələlərin öhdəsindən yaxşı gəlir, müttəfiq və yardımçıları asanlıqla tapır, səlahiyyətləri uğurla bölüşdürürsünüz. Tələsmədən çalışın, kəmhövsələ olmayın, hər addımınızı düşünün, yanlış qərarlar verməyin.
İdman və fiziki məşğələlər üçün uğurlu gündür.
Həddən artıq səmimi olmayın, hər kəsə inanmayın. Tənqiddə müvazinəti itirməyin. Kimsə sözlərinizdən inciyə bilər. Romantik görüş sizi pərişan etməyəcək.
Sevdiyiniz insanla istirahət edin.
Qız - Öz maraqlarınızı unudub başqalarının mənafelərinin təminatı üçün özünüzü yormayın. İşləri tamamlamaq üçün vaxtınızı dəqiq bölüşdürməyi bacarın. Qeyri-standart, yaradıcı yanaşma tələb edən işlərin həlli üçün yaxşı gündür. Qıvraq, çevik, fəndgir olun. Son vaxtlar sizi maraqlandıran suallara cavablar ala biləcəksiniz.
Günün ikinci yarısı təsadüfi uğur, gözlənilməz nailiyyətlər günüdür. Bir qədər dincəlin, axınla hərəkət edin. Axının sizi gərəkli yerə aparacağına əsla şübhə etməyin. Çoxdankı arzularınızdan biri reallaşa bilər.
Tərəzi - Uğurlu və məhsuldar gündür. Müttəfiq, tərəfdaş, sizi dəstəkləyəcək insan axtarışları müsbət nəticə verəcək. İndiyədək işləriniz və ideyalarınızla maraqlanmayan insanların diqqət mərkəzində olacaqsınız.
Əks cinsin mənsubu ilə təmaslarda diqqətli, həssas olun.
Uzaqdan gəlmiş insanla tanışlıq istisna deyil.
Romantik münasibətlərdə inadkarlıq etməyin.
Maliyyə məsələləri normadadır. Alış-veriş üçün pis gün deyil.
Yaxınlarınızdan biri üçün hədiyyə ala bilərsiniz.
Əqrəb - Bu gün bacara bilməyəcəyiniz iş olmayacaq. Özünüzlə bahəm, ətrafınızdakı insanlar da bunu anlayırlar. Onlar problem və çətinliklərini sizinlə bölüşmək istəyirlər. Fəqət sizi istəmədiyiniz işi görməyə vadar etmək mümkün deyil. Hiyləgər insanın manipulyasiyalarına aldanmayın.
Davranışınızdan kimsə inciyə bilər. Özünüzü günahlandırmayın. Günün axarı, situasiya belə tələb edir.
Uzaq gələcəklə bağlı planlarınızı düşünün. Yeni ideyalar yaranır, genişmiqyaslı layihə formalaşır. Bu ideyanı həyata keçirsəniz, yaşamınızda ciddi dəyişiklik olacaq, özünüzü bəxtəvər hiss edəcəksiniz.
Köç, təmir, daşınmaz əmlak almaqla bağlı məsələləri həll etmək olar.
Oxatan - Əvvəllər etdiyiniz səhvlərin fəsadlarını aradan qaldırmaq, peşəkar müstəvidəki işləri qaydaya salmaq, yaxınlarınızla fikir ayrılıqlarına son qoymaq üçün yaxşı gündür.
Yaxın gələcəyə olan planlarınızda konkretliyə nail olun. Məqsədə çatmaq üçün seçəcəyiniz istiqaməti müəyyənləşdirin. Səbrli, amma sürətli olun. Yaradıcılıq potensialınız artır. Görməli olduğunuz işin yerinə yetirilməsində təxəyyülünüzü işə salın.
Yaxşıca dincəlin.
Axşam saatlarında aktiv istirahətə, gəzintilərə üstünülk verin. Fiziki işdə xeyir var.
Bu gün enerjiniz çoxdur. Ətrafınızdakı insanların istirahətə ehtiyacı var.
Oğlaq - Uğurlu gündür. Əvvəllər həll edə bilmədiyiniz problemləri indi çözə biləcəksiniz. İndiyədək sizinlə maraqlanmayan insanlar gördüyünüz işdə dəstək və yardımçı olacaqlar. Şəxsi münasibətlər və inandırmaq bacarığı ön plana çıxır. İşgüzar danışıqlarda həssas olun, məqsədinizə çatmağa çalışın.Təhsil, tədris və işgüzar bacarıqların artırılması sahəsində uğurlara nail ola bilərsiniz.
Günün ikinci yarısında səhhətinizdə kiçik problemlər yaranacaq. Xroniki ağrıların kəskinləşməsi istisna deyil. Ciddi narahatlıq üçün heç bir səbəb yoxdur.
Qüvvənizi bərpa edin, stressdən qurtulun.
Dolça - Əlverişli və yaxşı gündür. Peşəkar müstəvidə irəliləyiş, rəqiblərin üstələnməsi, ambisioz planların reallaşması istisna deyil.
Qəti hərəkətlərə hazırlaşın. Riskli eksperimentlər uğurla nəticələnə bilər.
Bədxahlar sizə zərbə vurmağa çalışsalar da, onların niyyətləri puç olacaq. Şərtlər ağır, situasiya çətindir. Amma ruhdan düşməyin, nikbin olun. Yüz ölçün, bir biçin.
Həmkarlar və işgüzar tərəfdaşlarla münasibətlərdə həssas olun.
Axşam saatlarında güclü emosiyalar, romantik təlaşlar ola bilər. Sonradan ciddi təmaslara çevrilə biləcək əlaqələr istisna deyil.
Seçiminizdə yanılmadığınıza əmin olun.
Balıqlar - Yalnız öz işlərinizlə yox, başqalarının problemlərinin həlli ilə də məşğul olmaq məcburiyyəti ilə qarşılaşacaqsınız. Usandırıcı və yorucu məşğuliyyətdir. Amma ətrafınızdakı insanlara yardım sizdə xoş hisslər yaradacaq. Əsas odur ki, dəstəyə ehtiyacı olmayanları yardım təklifi ilə bezdirməyin. Və kimsəyə də imkan verməyin ki, səmimiyyətinizdən sui-istifadə etsin.
Nüfuzlu insanlarla ünsiyyət üçün pis gün deyil.
Lakin bu gün eşidəcəyiniz vədlərin yaxın vaxtlarda reallaşa biləcəyini düşünməyin.
Maliyyə durumu əlverişlidir. Alış-veriş edə bilərsiniz.
Milli.Az
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar