Konfrans Liqası: "Qarabağ" "Kayrat"ı son dəqiqə qolu ilə devirdi

img

21-10-2021 [22:37]


Bu gün "Qarabağ" və Qazaxıstanın "Kayrat" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununda qarşılaşıblar.

Mia.az xəbər verir ki, oyunda hesabı qonaqlar açıb.

Belə ki, Joze Kante komandamızın qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib - 0:1.

78-cu dəqiqədə isə Ramil Şeydayev hesaba tarazlıq gətirib - 1:1

90+1-ci dəqiqə Abbas Hüseynov "Qarabağ"ın qələbə qolunu vurub - 2:1 

Beləliklə, 2:1 hesabı ilə qələbə qazanan "Qarabağ" xallarının sayını 7-ə çatdırıb, "Kayrat"ın isə 1 xalı var. 

***

UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda üz-üzə gələcək "Qarabağ" və Qazaxıstanın "Kayrat" klublarının start heyətləri açıqlanıb.

Mia.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina

Baş məşqçi: Qurban Qurbanov

"Kayrat": 1. Pokatilov, 4. Alip, 11. Voroqovski, 15. Baqnak, 16. Rikardo Alves, 18. Kante, 20. Duqaliç, 22. Kosoviç, 24. Mikanoviç, 25. Joao Paulo, 33. Polyakov

Baş məşqçi: Kurban Berdıyev

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR