Çempionlar Liqası: "Beşiktaş" darmadağın oldu, "Real Madrid", "Liverpul", Ayaks  və "Mançester Siti" isə böyük hesabla qalib gəldi

img

20-10-2021 [09:01]


UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun daha 6 oyunu keçirilib.

A qrupunda PSJ Fransada Almaniya "Leyptsiq"ini sınağa çəkib. Görüş Paris təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qollardan ikisini Lionel Messi vurub.

Gecənin ən maraqlı matçlarından biri B qrupunda baş tutub. İngiltərə "Liverpul"u İspaniyada "Atletiko" (Madrid) klubuna 3:2 hesabı ilə qalib gəlib. Madrid təmsilçisi 52-ci dəqiqədə azlıqda qalıb. Antuan Qrizmann birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Qrupun digər oyununda İtaliya "Milan"ı Portuqaliyada "Portu"ya minimal hesabla uduzub.

C qrupunda Niderland "Ayaks"ı evdə Almaniyanın "Borussiya" (Dortmund) klubunu darmadağın edib - 4:0.

D qrupunda turnirin sürpriz komandası olan Moldova "Şerif"i İtaliyada "İnter"lə qarşılaşıb. İlk 2 görüşdə maksimum nəticəyə imza atan Tiraspol təmsilçisi bu dəfə məğlub olub. Digər oyunda İspaniya "Real Madrid"i Ukraynada Donetsk "Şaxtyor"unun qapısından 5 cavabsız top keçirib.

Çempionlar Liqası, qrup mərhələsi

III tur

19 oktyabr

A qrupu

20:45. "Brügge" (Belçika) - "Mançester Siti" (İngiltərə) - 1:5

Qollar: Hans Vanaken, 81 - Juan Kanselu, 30, Riyad Mahrez, 43 (penalti); 84. Kayl Uoker, 53. Koul Palmer, 67

23:00. PSJ (Fransa) - "Leyptsiq" (Almaniya) - 3:2

Qollar: Kilian Mbappe, 9. Lionel Messi, 67; 74 (pen.) - Andre Silva, 28. Nordi Mukiele, 57

Xal durumu: PSJ - 7, "Mançester Siti" - 6, "Brügge" - 4, "Leyptsiq" - 0.

B qrupu

23:00. "Portu" (Portuqaliya) - "Milan" (İtaliya) - 1:0

Qol: Luis Dias, 65

23:00. "Atletiko" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) - 2:3

Qollar: Antuan Qrizmann, 20; 34 - Məhəmməd Salah, 8; 78 (pen.). Nabi Keyta, 13

Qırmızı vərəqə: Antuan Qrizmann, 52 ("Atletiko")

Xal durumu: "Liverpul" - 9, "Atletiko" - 4, "Portu" - 4, "Milan" - 0

C qrupu

20:45. "Beşiktaş" (Türkiyə) - "Sportinq" (Portuqaliya) - 1:4

Qollar: Kayl Larin, 24 - Sebastyan Koates, 15; 27. Pablo Sarabia, 44 (penalti). Paulinyo, 89

23:00. "Ayaks" (Niderland) - "Borussiya" (Dortmund, Almaniya) - 4:0

Qollar: Marko Roys, 11 (avtoqol). Deyli Blind, 25. Antoni Santus, 57. Sebastyen Allye, 72

Xal durumu: "Ayaks" - 9, "Borussiya" - 6, "Sportinq" - 3, "Beşiktaş" - 0.

D qrupu

23:00. "İnter" (İtaliya) - "Şerif" (Moldova) - 3:1

Qollar: Edin Ceko, 34. Arturo Vidal, 58. Stefan De Vrey, 67 - Sebastyen Till, 52

23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) -  "Real Madrid" (İspaniya) - 0:5

Qollar: Sergey Krivtsov, 38 (avtoqol). Vinisius Junior, 51; 56. Rodriqo. 65. Kərim Benzema, 90+1

Xal durumu: "Şerif" - 6, "Real Madrid" - 6, "İnter" - 4, "Şaxtyor" - 1

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR