Xalq artisti koronavirusa yoluxmaylb - Qızı danışdı (YENİLƏNİB)

img

20-10-2021 [09:45]


Mətbuatda Xalq artisti Canəli Əkbərovun və həyat yoldaşının koronavirusa yoluxması ilə bağlı xəbərlər yayılıb.

Bu haqda BAKU.WS-ə açıqlama verən sənətçinin qızı Sevinc xanım məlumatların yalan olduğunu, atasının koronavirusa yoluxmadığını bildirib. O, Xalq artistinin insult keçirdiyinə görə müəyyən müddətdən bir xəstəxanada müalicə aldığını deyib.

Xatırladaq ki, mətbuatda 81 yaşlı Canəli Əkbərovun virusa yoluxduğu, ev şəraitində müalicə aldığı və vəziyyətinin ağır olduğu haqqında məlumatlar yer alıb.

***

Xalq artisti Canəli Əkbərov və həyat yoldaşı koronavirusa yoluxub.

Mia.az oxu.az-a istinadla xəbər verir ki, 81 yaşlı xanəndə ev şəraitində müalicə asla da, vəziyyəti ağırdır.

Qeyd edək ki, Azərbaycanın Əməkdar və Xalq artisti fəxri adlarına layiq görülmüş muğam ustası bundan əlavə, “Əmək”, “Şərəf” və “Şöhrət” ordenləri ilə də təltif edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR