Bakıda gecə klubunda iki polis bıçaqlandı

img

17-02-2014 [10:29]


Bakının mərkəzində yerləşən gecə klubunda polislərlə müştərilər arasında kütləvi dava düşüb. Dava zamanı ikisi polis olmaqla, 3 nəfər bıçaqlanıb.

Hadisə ötən gecə Mikayıl Müşviq küçəsində yerləşən "502” gecə klubunda baş verib. Rayon Polis İdarəsdindən verilən məlumata görə, kütləvi davada 10-a yaxın adam iştirak edib. Dava zamanı bir tərəfdə 23 yaşlı Mahmud Qurbanlı, onun həmyaşıdı Vasif Musayev, 29 yaşlı Firat Qurbanov və 24 yaşlı Ramin Ələsgərov, digər tərəfdə olan Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşı Nicat Hədiyev, Nizami RPİ-nin əməliyyatçısı Tural Həsənov və onların yanında olan 25 yaşlı Xalid Məmmədov dava ediblər. Təpik-yumruq davasında sonradan bıçaqlar işə düşüb. Nəticədə polislər – N.Hədiyev, T.Həsənov və onların tanışı X.Məmmədov bıçaqlanıblar (Milli.az). 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA