Bakıda universitet müəllimi dərs zamanı öldü

img

19-02-2014 [14:02]


Bakıda universitetdə ölüm hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, müəllimi dərs zamanı dünyasını dəyişib. Hadisə bu gün saat 12:44-da baş verib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru 75 yaşlı Ağahüseyn Həsənovun dərs zamanı qəfildən vəziyyəti pisləşib. Hadisə yerinə dərhal təcili yardım çağırılıb. Lakin həkimlərin bütün müdaxilələrinə baxmayaraq 75 yaşlı müəllimin həyatını xilas etmək mümkün olmayıb.

Səbail rayon Polis İdarəsin 39-cu polis bölməsindən verilən məlumata görə, məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları yollanıb. Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, hadisə Pedaqoji Universitetin Ü.Hacıbəyov küçəsi 34 ünvanında baş verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA