Şəhidin 80 yaşlı anası Prezidentə üz tutdu 

img

14-10-2021 [10:01]


Göyçay rayonu İnçə kənd sakini şəhid anası Abdulxalıqova Solmaz Heydər qızı tərəfindən Prezident İlham Əliyevə müraciət edib.

Mia.az xəbər verir ki, o, müvafiq sənədləri də əlavə etməklə, öğlu Abdulxalıqov Teymur Cayəddin oğlunun 7 yanvar 1994-cü ildə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğunu qeyd edib

"30 may 2021-ci il tarixdə elektrik qısaqapanmasından evimiz alışaraq içindəki əşyaları ilə birlikdə tamamilə yanaraq külə döndü. Həmin gündən mən çöllərdə qalmışam.Atalar yaxşı deyib el-elə sığar ev evə sığmaz.Heç bir yerdən köməyim olmasada bir ümüdüm odur ki, dövlətimiz şəhid ailələrinə pulszu mənzil verir və ya inşa edir.Mən həmin mənzilin növbəsinə uzun illər əvvəl qeydiyyata alınmışam. Ancaq hələ də növbəmin çatmamasını əsas gətirib mənə mənzil verməyiblər. Evimizin yanmasını və çöllərdə qalmağımızı nəzərə alıb mənə növbədən kənar yeni mənzilin verilməsi və ya inşa edilməsi üçün dəfələrlə Göyçay rayon icra hakimiyyəti başçısı Mehdi Səlimzadənin qəbulunda olsam da, hər dəfə "get növbəni gözlə" deyərək məni başlarından ediblər.

...80 yaşım var, uzun illər dişim dırnağımla zəhmət çəkib tikib yaşadığım evimin yanması həyatımı tamam məhv etdi.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən xahiş edirəm, şəhid anası olmağımı, evimin yanmasını və çöllərdə qalmağımızı nəzərə alıb mənə növbədən kənar mənzil verilməsinə (inşa edilməsinə)  köməklik göstərəsiniz.

Əlaqə telefonu; (050) 658-06-19 (gəlinim Kəmalə)

(050) 680-40-91 (oğlum Ceyhun)" 

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR