Allahın möcüzəsi... - Səttar Bəhlulzadə kim olub?
14-10-2021 [09:45]
Adı Azərbaycan təsviri sənəti tarixinə qızıl hərflərlə yazılmış Xalq rəssamı, Dövlət mükafatı laureatı, mənzərəçi- rəssam kimi tanınan, sevilən, təkrarolunmaz SƏTTAR BƏHLULZADƏnin xatirə günüdür.
Ehtiramla, məhəbbətlə xatırlayaq.
Ruhu şad olsun.
Səttar Bəhlulzadə Şuşanı "Allahın möcüzəsi" adlandırmışdı. Amma əsil möcüzənin özü olduğunu heç düşünməmişdi...
Qısa arayış:
Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Xalq Rəssamı, Azərbaycan Dövlət mükafatı laureatı SƏTTAR BƏHLULZADƏ 1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub.
1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V. A. Favorskinin və Q. M. Şaqalın tələbəsi olub. Yaradıcılığa “Kommunist” qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə ilk karikaturaları çap edilib.
Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskvanın və digər şəhərlərin muzeylərində saxlanılır.
Səttar Bəhlulzadə iki Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuşdur.
Səttar Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada vəfat etmişdir. Əmircan kəndində dəfn olunmuş, qəbri üstündə ona abidə ucaldılmışdır.
Yaradıcılığı:
Səttar Bəhlulzadənin yaradıcılığında tarixi mövzülar və tarixi şəxsiyyətlərin təsviri («Babək üsyanı», «Fətəli xan», «Xəttat Mir Əli» və s. əsas yer tutmuşdu. Müharibədən sonrakı illərdə Səttar Bəhlulzadə Abşeronun neft mədənlərini, bağ və kəndlərini təsvir edən rəsmlər yaratmışdır. Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyl getdikcə güclənmiş, o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlamışdır. 1946-1947-ci illərdə Respublika bədii sərgilərində Bəhlulzadənin Abşeron etüdləri («Buzovna neft mədənləri», «Əmircan» və s.) nümayiş etdirilmişdir.
Səttar Bəhlulzadənin gərgin yaradıcılıq axtarışlarının məhsulu olan "Xəzər üzərində axşam", "Xəzər gözəli", "Əbədi məşəllər", «Kəpəzin göz yaşları», "Vətənimin baharı", "Azərbaycan nağılı", «Suraxanı atəşgahı» , «Əfsanəvi torpaq», «Şahnabat», «Naxçıvan. Axşamçağı Ordubad bağlarında», «Vətənimin baharı», «Bakıda atəşfəşanlıq», «Qudyalçay vadisi», «Qızılbənövşəyə gedən yol», «Suraxanı atəşgahı,»Əmircan», «Neft daşları», «Şamaxı üzümlükləri» və s. əsərləri əsas yer tutur.
Onun yaradıcılığında təbiət təsvirləri “Abşeron etüdləri”, “Xəzər üzərində axşam”, “Xəzər gözəli”, “Bazardüzü”, “Əbədi məşəllər”, “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Suraxanı atəşgahı”, “Əmircan” “Əfsanəvi torpaq”, “Şahnabat”, “Naxçıvan. Axşamçağı Ordubad bağlarında”, “Vətənimin baharı”, “Qudyalçay vadisi”, “Qızılbənövşəyə gedən yol” və digər əsərləri üstünlük təşkil edir.
Onun mənzərə-peyzajlarında, intim-lirik natürmortlarında, incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi xalq yaradıcılığı motivləri hiss edilir. Bəhlulzadənin fərdi sərgiləri Əlcəzair, Misir, Livan, Suriya Tunis, Norveç, ADR, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və dünyanın bir sıra başqa ölkələrində dünyanın bir sıra başqa ölkələrində fərdi sərgiləri nümayiş etdirilib. Dünyanın onlarla muzeyində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasında yer alır.
Rəssamın “Xəzər gözəli” (1961), “Dəniz sahili” (1962), “Torpağın arzusu” (1963), “Kəpəzin göz yaşları” (1965), “Gülüstan” (1965), “Azərbaycan nağılı” (1966), “Qədim alov” (1968), “Analar yanar, ağlar” (1972), “Suraxanının qədim alovları” (1971), “Gəncə gölü” (1972), “Tanrıyla söhbət” (1973) və s. lövhələri təkrarolunmazdır.
“Kəpəzin göz yaşları” - Bu əsər özünəməxsus yaradıcılığı olan rəssamın təsviri sənətimizin heç vaxt yaddan çıxmayacaq səhifəsi, onun mənzərə janrını özünəməxsus və yeni bədii məziyyətlərlə zənginləşdirən və Vətənin bu qürurdoğurucu guşəsi haqqında sevincli-kədərli həqiqətdir, desək, yanılmarıq...
Təbiətə özünəməxsus bədii-fəlsəfi münasibətinə görə xüsusilə seçilir. Rəssam Azərbaycan təbiətinin çoxlarının gözündə bəlkə də adiləşən məşhur guşəsinə fərqli yanaşma nümayiş etdirmişdir.
1965-ci ildə çəkdiyi və bu gün Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş olunan “Kəpəzin göz yaşları” əsərinin maraqlı yaranma tarixçəsi var...
Xatirələrdən:
1962-ci ildə sənət dostları Tahir Salahov və Toğrul Nərimanbəyovla Qazaxdan Bakıya qayıdan rəssam Göygölə - onun tacı sayılan möhtəşəm Kəpəz dağına baş çəkmədən şəhərə getməyi özünə bağışlaya bilməyəcəyini söyləyir. Bakıya tələsən dostlarını yola gətirdikdən sonra birlikdə Göygölə tərəf qalxırlar...
Payızın sonları idi. Həmin gün sanki təbiət Səttar Bəhlulzadənin etibarına qarşı çıxmışdı. Bir göz qırpımında buraların ab-havası dəyişmiş, Kəpəzin zirvəsini qatı duman bürümüşdü. Bu dumanın, çənin içərisində az-çox meşəni, bir az da suyu görmək mümkün idi. Səttarın çöhrəsi bulud kimi tutulur, yediyini-içdiyini bilmir. Elə siqareti siqaretə calayır. İki ayağını bir başmağa dirəyir ki, Kəpəzi görmədən Bakıya gedən deyiləm. Onun xasiyyətini yaxşı bilən Tahir Salahov da,Toğrul Nərimanbəyov da “təslim” olub, hadisənin gedişini izləməyə üstünlük verirlər. Yalnız iki gündən sonra, sübh çağı Səttar Bəhlulzadənin təşviş və həyəcan dolu səsi otağın sakitliyini pozur: “Kəpəz! Kəpəz!” Doğrudan da, bulud tamam çəkilmiş, Kəpəz bütün gözəlliyi ilə göz önündə durmuşdu. Dağın döşü boyunca yayılmış meşənin qızılı rəngi gölün ayna sularında əks olunurdu. Sözlə ifadə olunmayan cazibədar bir mənzərə yaranmışdı. Səttar Bəhlulzadənin üzü gülürdü. Dostları da istər-istəməz onun səsinə qalxıb bu gözəl mənzərəyə doyunca tamaşa edirdilər. Bakıya qayıtdıqdan sonra rəssam gördükləri və çəkdiyi etüd əsasında “Kəpəzin göz yaşları” əsərini yaradır. Bu mənzərə, əslində, rəssamın müşahidəsi ilə heyrətinin fəlsəfi qayəyə köklənmiş nəticəsi idi...
Səttar Bəhlulzadə Qarabağı, onun təbiətini də çox zevirdi. O, bir neçə dəfə Qarabağda olub. Xüsusilə də, Şuşanı çox sevərmiş. O, Cıdır düzünə, onun sinəsində göyərmiş gül-çiçəyə tamaşa etməkdən doymazmış.
Səttar Bəhlulzadənin 1956-cı ildə çəkdiyi "Şuşa. Ağaclar" əsərindəki rənglərin harmoniyası öz qeyri-adiliyi ilə seçilir. Bu tablonu seyr etdikcə yaşıl rəngin gözəlliyi ovqata bir sakitlik bəxş edir.
Səttar Bəhlulzadə Şuşanı "Allahın möcüzəsi" adlandırmışdı. Amma əsil möcüzənin özü olduğunu heç düşünməmişdi...
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
MİA.AZ
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar