"İrəvan press"in baş redaktoru həbs olundu

img

14-02-2014 [13:31]



Azərbaycanda qəzet redaktoru saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən veriləni məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İrəvan Press” qazetinin baş redaktoru, Bakı şəhər sakini Azər Abbasovun "naviqator.info” internet saytlarında Şirvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Vasif Əliyev və Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin müdiri Çingiz Əhmədovu şantaj edib. 

O, Azər Abbasov məmurlar barədə həqiqətə uyğun olmayan məlumatlar yerləşdirməklə onlar haqqında rüsvayedici məlumatların müxtəlif internet saytlarında yayılacağı hədəsilə hər birindən 300 manat pulu "Azərpoçt” MMC vasitəsi ilə öz adına göndərmələrini tələb edib. Daha sonra onların göndərdiyi həmin vəsaiti poçt vasitəsilə çıxararaq mənimsəyib.

Qəzet redaktoru saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır(anspress.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA