Daha bir ağır qəza oldu

img

14-02-2014 [10:23]


Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı rayonunda "VAZ” markalı minik avtomobili və "Daewoo” markalı mikroavtobus toqquşub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğrayıb. Qəza nəticəsində "VAZ” markalı minik avtomobilinin sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarılıb. Yaralı hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.

Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 06:55-də başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA