"Paşinyana sui-qəsd gözlənilir"
09-10-2021 [20:00]
Xankəndində separatçı tör-töküntülər bir-birini qırmağa başlayıb. Separatçı başı Araik Arutunyana sui-qəsd olub. Onun yaralandığı bildirilir. Bu barədə voskanapat.info xəbər yayıb.
Deyəsən, bu erməni it Azərbaycan türməsinə çatmamış özününkülər tərəfindən gəbərdiləcək. Nə baş verir? Araiki aradan götürmək istəyənlər nəyə nail olmaq istəyir? Hadisədə Rusiya “izi” varmı?
YAP-çı deputat Ceyhun Məmmədov bildirdi ki, bu proseslərin getməsi həm təbii, həm də qeyri-təbiidir: “Ermənilər bilməli idilər ki, bu proseslərin sonu belə olacaq. Biz zamanında onlara təklif etmişdik ki, bizimlə birlikdə yaşasınlar, birgəyaşayış təmin olunsun. Bunu Ermənistan tərəfi istəmədi və onlar müharibə yolunu seçdilər. Özlərini aldadaraq, eyforiyaya qapılaraq, Ermənistan mifi yaradaraq belə bir vəziyyətə gəlib çıxdılar. Artıq Azərbaycan bölgədə yeni bir reallıq yaradıb. Bu reallıq yaranandan sonra bu kimi hadisələrin başvermə ehtimalı böyükdür. Çünki bu gün Ermənistan və Qarabağda eyni durum yaşanır, bir-birini günahlandırma var. Ermənistanda müxalifət və iqtidar müəyyən məsələlərdə bir-birini günahlandırır. Müharibəni uduzmaqda iqtidar müxalifəti, müxalifət də rəqibini günahlandırır.
Ceyhun Məmmədov: “Ermənistan tərəfi anlamalıdır ki...”
Artıq Qarabağda da sabitlik pozulur. Bu hal davam edəcək. Çünki bu gün orada sosial problemlər, daxili çəkişmələr var. Nüfuz müharibəsi yaşanır. Fikir ayrılıqlarının olacağını hər kəs proqnoz edirdi. Burada Köçəryan-Sərkisyan cütlüyünün Qarabağda daxildə qarışıqlıq salmaq cəhdləri var. Bu özünü hər addımbaşı göstərir. Bu gün bu cütlüyün qalıqları hələ də erməni ordusunda qalmaqdadır. Ona görə hər an gözləniləndir ki, belə addımlar atılsın. Hesab edirəm ki, bu daha çox daxili çəkişmədir. Araiklə Köçəryan-Sərkisyan cütlüyünün Qarabağda orduda qalan qalıqları arasında gedən bir müharibədir.
Bilirsiniz ki, Ermənistanda baş verənlər Qarabağdan başladı. O mənada oradan başladı ki, I Qarabağ savaşında işğalı həyata keçirdilər, hakimiyyət dəyişikliyi etdilər. Həmin dəstələr yenidən Qarabağda dirçəlmək istəyirlər. Eyni prosesləri Ermənistana daşımağa cəhd edirlər. İnanmıram ki, bu amildən başqa hansısa bir amil olsun. Daha çox bu faktorlar rol oynaya bilər. Ermənistan tərəfi anlamalıdır ki, bu addımlar heç bir effekt verməyəcək. 90-cı illərin əvvəllərində Azərbaycan güclü deyildi, ordumuz yox dərəcəsində, güclü, iradəli liderimiz yox idi. Amma bu gün tam əksidir. Azərbaycan başqa Azərbaycandır. Hamı bunu qəbul etməlidir".
Niyaməddin Orduxanlı: “Gec-tez Paşinyana da sui-qəsd ola bilər”
Politoloq Niyaməddin Orduxanlı gec-tez Paşinyana da belə bir sui-qəsd olunacağını ehtimal edir: “Bilirsiniz ki, 25 il idi ki, Ermənistanda və Qarabağda hərbi xunta olmuş, Xocalı soyqırımın iştirakçıları, uşaq qatilləri Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətdə idi. 2016-cı ildə Azərbaycanın aprel döyüşləri bu cütlüyün, konkret olaraq Serjik Sərksiyanın hakimiyyətdən qovulmasına səbəb oldu. Cənab Prezident İlham Əliyevin 3 günlük müharibə əmri, Lələtəpənin geri qaytarılması nəticəsində Sərkisyanın Ermənistanda qurduğu ”güclü erməni ordusu" və “Ohanyan səddinin keçilməz” olması ilə bağlı yaratdıqları mif darmadağın edildi və bundan sonra qeyd etdiyim kimi, ermənilər Sərkisyanı hakimiyyətdən qovdular. Serjik hakimiyyətdən itiqovan kimi qovulmasının səbəbkarı Ali Baş Komandan İlham Əliyevin 2016-cı ilin aprel döyüşləri oldu. 25 il hakimiyyətdə olan bu klan təbii ki, Paşinyanın hakimiyyəti ilə barışa bilməzdi. Bir-birinə qarşı amansız mübarizə başladılar.
Hakimiyyətə gələn Paşinyan ilk olaraq Köçəryanı həbs etdi. Onların orduda olan generallarını belə həbs edən Paşinyan bu cütlüyün komandasına qarşı mübarizəni gücləndirdi. Bu gün də həmin mübarizə daha amansız formada davam edir. Xankəndində separatçı tör-töküntülər bir-birini qırmağa başlaması həmin mübarizənin açıq təzahürüdür. Separatçı başı Araik Arutunyana sui-qəsd olub. Onun yaralandığı bildirilir. Bütün bunlar gözlənilən idi. Araik Paşinyana bağlı adamdır. İlk olaraq Araiki aradan götürmək istəyirlər. Hətta mən düşünürəm ki, bu cür sui-qəsdlər bir müddət sonra Paşinyanın özünə də olunacaq. Təbii ki, bu gün Rusiya bunda maraqlı deyil. Gəlin unutmayaq ki, Ermənistanda Dəmirçyan nümunəsi də var. Spikerin, baş nazirin parlamentdə güllənməsi, qətlə yetirilməsi unudulmayıb.
Baş verənlər onu deməyə əsas verir ki, artıq bu erməni itləri Azərbaycan qanunları ilə mühakimə olunmamış özləri özlərinin axırına çıxmaq istəyirlər. Araiki aradan götürməklə Paşinyan və onun ətrafındakıları qorxutmaq istəyirlərlər. Düşünmürəm ki, bu gün baş verənlərdə Rusiyanın izi olsun. Bu gün Paşinyanın hakmiyyətdə qalması müəyyən vaxta qədər Rusiyanın maraqlarına cavab verir. Rusiya istəyir ki, Paşinyanın ermənilərin tarixində məğlub olunmuş və kapitulyasiya aktına imza atan, Azərbaycanla sülh sazişini imzalayan rəhbər kimi qalsın. Bütün bunlar baş verəndən sonra Rusiya Paşinyanı hakimiyyətdə saxlamayacaq. Bunu zaman da göstərəcək".
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Prezident İlham Əliyev Almaniya Kansleri ilə görüşüb: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır" - VİDEO, FOTOLAR (Yenilənib)
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ - FOTOLAR (Yenilənib)
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
Azərbaycan nefti ucuzlaşıb
"Qəssam tuqayları": "İsrailin nəzarət postunu vurduq" - Bölgənin böyük hissəsində internet və rabitə yenə kəsilib
Türkiyə super liqası: ilk 5-lik və 1-ci liqaya yuvarlanacaq komandalar.. - Proqnoz verildi
"Qalatasaray"ın qapçısı yığma komanda ilə vidalaşdı
Füzuliyə daha 39 ailədən ibarət 140 nəfər köçürülüb