Bakıda zirzəmidə naməlum qadın meyiti aşkarlanıb

img

04-10-2021 [12:38]


Səbail rayonu B.Sərdərov küçəsi, ev 8 ünvanının zirzəmisində tufeyli həyat tərzi sürən naməlum şəxsin (qadın) meyiti aşkar edilib.

Bu barədə Mia.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

İlkin araşdırmalar zamanı onun şəxsiyyətinin müəyyən edilməsi mümkün olmayıb. Həmin şəxsin meyiti aşkar edilməzdən əvvəl şəhərin müxtəlif yerlərində müşahidə kameraları ilə görüntüləri də qeydə alınıb.

"Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 9-cu Polis Bölməsinə (012) 492-02-02, (012-492-53-69), (012-437-02-02) telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - mətbuat xidmətindən bildiirlib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA