Zakir Həsənov Gürcüstanda Heydər Əliyevin büstünü ziyarət edib

img

04-10-2021 [12:02]


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Gürcüstana səfəri başlayıb.

Nazir, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe, polkovnik-leytenant Fuad İbrahimov və səfirlik əməkdaşları Tbilisidə Heydər Əliyev adına parkda ümummilli liderin büstünü ziyarət ediblər.

Müdafiə nazirinin adından abidənin önünə əklil qoyulub.

Z.Həsənov bu gün Baş nazir İrakli Qaribaşvili ilə və gürcü həmkarı Cuanşer Buçuladze ilə görüşəcək, sabah isə Kaxeti bölgəsində keçiriləcək Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA