Vəhhabilər "Facebook"a üzv olan qızı öldürdülər

img

14-02-2014 [10:10]



Suriyalı gənc bir qız "Facebook"a üzv olduğu üçün daşlanaraq öldürülüb. 

ANS PRESS-in xarici mətbuata istinadən məlumatına görə, Suriyanın şimalında bəzi bölgələri nəzarət altına alan Əl-Qaidəyə bağlı İraq Şam İslam Dövləti dəhşətli addımlar atmaqda davam edir.

Bu dəfə isə suriyalı bir gənc qızın "Facebook"a üzv olduğu üçün daşlanaraq öldürüldüyü iddia olunub.

"Fars Xəbər Agentliyi" bu iddianın "Əl-Rai əl-Yum" qəzetində yer aldığını bildirib. Fatu Əl Cassim adlı gənc qız Rakka şəhərində "dini məhkəməyə” çıxarılıb və "Facebook"a üzv olduğu üçün mühakimə olunub.

Məhkəmə bunun zina olduğuna qərar verərək gənc qızı cəzalandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA