Emin Əmrullayev: "Xaricdə təhsil proqramının böyük hissəsi magistr pilləsini əhatə edəcək"

img

01-10-2021 [15:26]


“Bəzən hansısa universitetlərin reytinqi yüksək olsa da, ixtisasa görə reytinqi elə də ürəkaçan olmur. Həm bakalavr, həm magistr proqramları ehtiyaclara uyğun müəyyən ediləcək”.

Mia.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” imzaladığı sərəncamla bağlı danışarkən deyib.

Nazir bildirib ki, proqramın böyük hissəsi magistr pilləsini əhatə edəcək.

E.Əmrullayev vurğulayıb ki, bakalavr pilləsi üzrə ən yüksək reytinqli və müxtəlif sahələrdə (beynəlxalq olimpidialarda) fərqli nailiyyətlər əldə edən gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsi mümkün olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA