Abşeronda sərnişin avtobusu aşıb, xəsarət alanlar var

img

30-09-2021 [14:26]


Abşeron rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Mia.az-ın xəbərinə görə, hadisə Zabrat-Kürdəxanı yolunun Kürdəxanıdan keçən hissəsində qeydə alınıb.

Belə ki, Fərzəliyev Saleh Əlövsət oğlu idarə etdiyi "İsuzu" markalı, 90-BF-546 dövlət nömrə nişanlı, 537 nömrəli sərnişin avtobusu ilə hərəkətə olan zaman idarəetməni itirib. Nəticədə avtobus işıq dirəyinə çırpılaraq aşıb. Sürücü və avtobusda olan bir neçə sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım maşını və polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA