Bu şəxslərə 35 manat subsidiya ödəniləcək - Nazirlər Kabinetindən qərar

img

10-09-2021 [20:54]


Nazirlər Kabineti "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər haqqında" qərar qəbul edib.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, mayın 1-dən sentyabrın 1-dək un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunacaq qaydada 35 manat subsidiya ödəniləcək.

Qeyd edək ki, bundan əvvəl müddət fevralın 1-dən mayın 1-dək nəzərdə tutulmuşdu.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA