Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Bakıya gəlib

img

10-09-2021 [16:47]


Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri, səfir Petr Mixalko Bakıya gəlib.

Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən məlumat veriblər.

Diplomat etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, avqustun 4-də Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel slovakiyalı diplomat Petr Mixalkonun Aİ-nin Azərbaycandakı səfiri vəzifəsinə təyin edildiyini bildirmişdi.

P.Mixalko bundan öncə Avropa İttifaqının Moldova Respublikasındakı nümayəndəliyinin rəhbəri, daha əvvəl isə Slovakiyanın Yunanıstandakı səfiri olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA