Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb

img

09-09-2021 [11:17]


Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb.

Mia.az xəbər verir ki, nəticələr SMS vasitəsilə müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına göndərilib.

Müsabiqədən keçən şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları http://portal.edu.az/ platformasında yerləşən “şəxsi kabinet” bölümündən əldə edə bilərlər.

Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 9 – 13 sentyabr (saat 18:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

- attestatın əsli;

- sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;

- sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;

- şəxsiyyət vəsiqəsinin surəti;

- 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;

- hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;

- güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

Qəbulun II mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA