BAŞ REDAKTOR GENERALIN MƏHKƏMƏSİNDƏ İFADƏ VERDİ: "Bizim uğurlu biznes fəaliyyətimiz olub..."
08-09-2021 [18:04]
Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Mia.az APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.
Şahid qismində ifadə verən "Olaylar" qəzetinin baş redaktoru Yunis Oğuz hadisə zamanı qətlə yetirilən Elçin Əliyevlə ailəvi dost olduğunu, Rövşən Əkbərovu isə birinci dəfə gördüyünü bildirib: "Elçin Əliyevi 1994-cü ildən tanıyıram. 2001-ci ildə zəng edib dedilər ki, Elçin öldürülüb. Xəbəri eşidən kimi mərhumun ailəsinin yanına getdim. Orada eşitdim ki, Elçini general Rövşən Əkbərov öldürüb. Nazim İbrahimov, qardaşım Musaxan Əliyev və Orucəli Hacıyev mənə dedilər ki, Elçini Rövşən Əkbərov qətlə yetirib. Onlar da məlumatı Məzahir Şıxəliyevə istinadən deyiblər".
Prokurorun sualını cavablandıran şahid hadisə barədə polisə və prokurorluğa məlumat vermədiyini deyib.
Rövşən Əkbərov etiraz edərək bildirib ki, hadisədən 3 gün sonra Məzahir Şıxəliyev qətl törədən şəxsi tanımaq üçün şəkil istəyib: “Necə ola bilər, şahid həmin gün bilib ki, hadisəni mən törətmişəm?"
Daha sonra vəkillərin sualını cavablandıran Yunis Oğuz Ukraynadakı biznes fəaliyyətindən danışıb: "Nazim İbrahimov, Elçin Əliyev və mən Kiyev şəhərində bizneslə məşğul olmuşuq. Bizim uğurlu biznes fəaliyyətimiz olub. 1998-ci ildə orada işlərimi bitirib Bakıya qayıtdım".
İclasda təqsirləndirilən şəxsin vəkilləri şahiddən ifadəsi zamanı Elçin Əliyevə borcu olub-olmadığını soruşublar.
Məlum olub ki, Yunis Oğuz istintaqa ifadəsində qətlə yetirilən şəxsin anası Səmayə xanımın ona zəng edərək, oğluna borcu olduğunu deyib.
Şahid isə E. Əliyevə borcu olmadığını bildirib.
Prosesdə daha sonra qətlə yetirilmiş Elçin Əliyevin qohumu Elman Ağayev ifadə verib.
Şahid bildirib ki, Elçin Əliyevlə hər gün telefonla əlaqə saxlayıblar: "Hadisə baş verən gün Elçinlə telefonla danışdım. Mənə dedi ki, bir gün əvvəl Rövşən Əkbərov adlı generalla tanış olub, bu gün isə onu qonaq çağırıb. Səhər Orucəli Hacıyev zəng edib Elçinin qətlə yetirildiyini dedi. Nazim İbrahimov Kiyevdən qayıtdıqdan sonra mənə dedi ki, Rövşən Əkbərovla görüşüb, Rövşən Əkbərov boynuna alıb ki, hadisəni o, törədib.
Hadisə vaxtı orda olan Qüdrət Əhmədov mərhumun anası Səmayə xanıma zəng edərək ağlaya-ağlaya deyib ki, Elçini Rövşən Əkbərov öldürüb, amma mən deməyə qorxuram. Hətta Məzahir Şıxəliyev də vəfat edən günə qədər hadisəni Rövşən Əkbərovun törətdiyini deyirdi".
Şahidin ifadəsinə münasibət bildirən təqsirləndirilən şəxsin vəkilləri şahidin istintaqa ifadəsi ilə indiki ifadəsi arasında kəskin fərq olduğunu bildiriblər. Belə ki, şahid istintaqa ifadəsində deyib ki, Nazim İbrahimovla görüşüb, N. İbrahimov hadisəni Rövşən Əkbərovun törətməsindən xəbərsiz olduğunu söyləyib: "Nazim İbrahimov o vaxt həqiqəti deməyə qorxub, 20 il sonra vicdanı imkan verməyib, gəlib danışıb. Dedi ki, məni hara çağırırlarsa, orda danışıram. Bildiyimə görə, Məzahir Şıxəliyev sabiq daxili işlər naziri İsgəndər Həmidovun sürücüsü olub, daha sonra məclislərin birində Rövşən Əkbərov bundan xəbər tutub. Elçinin son sözü isə "Ay Rövşən, məni niyə vurdun, mənim günahım nə idi?" olub".
Növbəti proses sentyabrın 15-ə təyin olunub.
Qeyd edək ki, Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən istintaq aparılıb.
Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Avropa Liqası: "Fənərbağça" ilk 8-liyə qalma fürsətini qaçırdı
Türkiyə futbolunda mərc oyunu: daha 103 menecer cəzalandırıldı
Rusiya hərbi təyyarəsi Suriyaya gəldi - Moskva nə etmək istəyir?
Bloger ölkədən qaçdı: "Polis qorxusuyla hər gecə..."
Ukrayna prezidenti Davosda: "Avropa gələcəyi müzakirə etməyi sevir, amma..." - Avropa qorxmamalı, daha cəsaərtli olmalıdır!"
CHP sədri Baxçalıya səsləndi: "Böyüklük elə, raconu kəs!"
Zelenski ABŞ-Rusiya-Ukrayna heyətlərininin görüşəcəyini açıqladı - "Putin niyə mühakimə olunmur?"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qazaxıstan Sülh Şurasına maliyyə haqqı ödəmədən qoşulub
Məşhur YAP-çı parlamentə çağırış etdi: "Bəzi şərəfsizlər..."
Prezident İlham Əliyev Davosdan bu görüntüləri paylaşdı - VİDEO
Prezident və ailə üzvləri Donald Trampla rəsmi görüşdə - FOTOLAR
Rəsmi Moskva: "Fransa ilə münasibətlərin bərpası mümkün görünmür"
Zaxarova: "Rəsmi Tehran bununla dağıdıcı planı pozdu"
Rusiya XİN: "ABŞ-ın Rusiya vətəndaşlarını buraxmaması..."
Kamran Əsədov yenidən hakim qarşısında: Şahidlər nə deyir? - Ekspert barədə polisə növbəti şikayət olunub
Polis əməliyyatı: iki nəfər 46 kq marixuana ilə qandallandı - VİDEO
Şərurlu İsfəndiyarın restoranında kütləvi dava: iş adam və bloger ətrafı kimə hücum çəkib? - FOTOLAR
Qanunsuz mərc reklamı: klub prezidenti aylıq gəlirini açıqladı
Acun Ilıcalının biznes şəriki qandallandı - Hava limanında
Məmməd Alpayın məhkəməsi başlayıb
Ermənistan Sülh Şurasına necə qoşulub? - XİN açıqladı
Prezidentin adından saxta açıqlama yayılıb - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Edin Dzeko "Şalke"yə keçdi - 16 oyunluq müqavilə imzalanıb
"Rəşidsevərlərdən üzr istəyirəm" - Şərif Ağayar
İsrail ordusu Qəzza zolağını bombalayıb
Türkiyə Mərkəzi Bankı faiz və kredit dərəcələriylə bağlı qərar verib - Bir faiz geri çəkildi
ABŞ Kuba ilə bağlı müdhiş plan hazırlayıb - "Ölkə rəhbərliyi ilin sonuna qədər dəyişəcək"
80 yaşlı Misir Mərdanov israrla inkar edirdi, lakin... - Sabiq nazir Ramiz Mehdiyevin arvadının vəzifəsinə "əyləşdi"
Sahil Babayev mərkəz rəhbərini vəzifədən azad etdi - Yeni təyinat
Kamran Əliyev prokurorları topladı - Korrupsiya ilə bağlı əməliyyat müşavirəsi keçirilib
ƏRDOĞANIN OĞLUNA VARİSLİKLƏ BAĞLI SUAL VERİLDİ: "Anam ərəb kökənlidir, evdə..." - VİDEO
SƏHİYYƏ SİSTEMİNDƏ DƏYİŞİKLİK: onkoloji xəstələr özəl klinikalarda da pulsuz müalicə alacaq
Prezident Davosda - İlham Əliyev "Sülh Şurası"na üzvlüklə bağlı sənədi imzaladı - VİDEO, FOTOLAR (Yenilənib)
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
Almaniyada 250 kq bomba aşkarlanıb
İmişlidə ikimərtəbəli ev yanıb
Sabah hava necə olacaq? - PROQNOZ
"Qarabağ"ın cibi yenə pulla doldu