Paşinyan Gürcüstan prezidenti ilə görüşdü - Nələr müzakirə edilib?

img

08-09-2021 [18:26]


Gürcüstan prezidenti Salome Zurabişvili bu ölkədə rəsmi səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Görüşdə bölgədə sabitlik və təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər regional əməkdaşlıq üçün potensialın istifadəsi və gələcək inkişafının əhəmiyyətini vurğulayıblar.

***

Ermənistanın Baş naziri Nikol Paşinyanın Gürcüstana rəsmi səfəri başlayıb.

O, ikigünlük səfər çərçivəsində gürcü həmkarı İrakli Qaribaşvili ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirəcək.

Hökumət başçıları daha sonra mətbuat nümayəndələri qarşısında birgə bəyanatla çıxış edəcəklər.

Ermənistan Baş nazirinin Gürcüstan Prezidenti Salome Zurabişvili ilə də görüşü planlaşdırılıb.

Qeyd edək ki, bu, N.Paşinyanın Gürcüstana üçüncü rəsmi səfəridir. O, 2018 və 2020-ci ildə də qonşu ölkədə rəsmi səfərdə olub./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA