Ağdərədə saxlanılan azərbaycanlı hərbçi iki erməni ilə dəyişdirildi - Açıqlama

img

07-09-2021 [21:03]


Ağdərədə sülhməramlıların nəzarətində olan ərazidə ermənilər tərəfindən saxlanılan azərbaycanlı Cəmil Babayev geri qaytarılıb.

Bu barədə  Əsir düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, C.Babayev Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Bakıya qaytarılıb.

İki erməni əsir isə Ermənistana təhvil verilib. Bu ermənilərə qarşı Azərbaycanda heç bir cinayət işi açılmamışdı. Onlar azaraq Azərbaycan ərazisinə keçmişdilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA