Reza Deqatidən Füzuli hava limanı ilə bağlı paylaşım: "Yoxdan hava limanı tikirlər!" - FOTOLAR

img

06-09-2021 [18:16]


Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati öz sosial media hesabında Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsini əks etdirən video görüntü paylaşıb.

ADA Universitetindən Mia.az-a verilən məlumata görə, Reza Deqati video ilə bağlı şərhində qeyd edib: "...Burada Qarabağın azad edilməsindən sonra inanılmaz bir hadisənin şahidi oldum. Yoxdan hava limanı tikirlər!"

Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayan fotojurnalist işğaldan azad edilmiş ərazilərdə vandalizmə məruz qalan tarixi abidələrin aqibətini, eləcə də Qarabağda hazırki quruculuq fəaliyyətini əks etdirən foto çəkilişlər həyata keçirir.

Onu da qeyd edək ki, həmin görüntülər Reza Deqatinin ADA Universiteti ilə birgə həyata keçirdiyi "Soul of Karabakh" ("Qarabağın ruhu") layihəsi çərçivəsində hazırlanan veb-saytda və broşurlarda əksini tapacaq.

Reza Deqatinin paylaşdığı video ilə burada tanış ola bilərsiniz:

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR