Nazir bütün müşavirlərini vəzifədən azad etdi

img

06-09-2021 [13:02]


Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bütün müşavirlərini vəzifədən azad edib.

Mia.az Qaynarinfo-ya istinadla bildirir ki, nazirin müvafiq əmri ilə Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Xəlil Ramazanov yaşa görə pensiyaya göndərilib.

Nazirin digər müşaviri Şirinzadə Natiq Əhməd oğlu başqa dövlət qurumuna təyinat aldığı üçün işdən azad olunub.

Xatırladaq ki, Muxtar Babayev ötən il Xaliqverdi Hüseynovu özünə müşavir təyin etsə də, artıq o, bu vəzifəsindən azad edilərək Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi Şöbəsinin müdir əvəzi təyin edilib.

Mia.az
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA